16.11.2014 Views

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Ə s ə d u l l a. Mən deyiləm? Bəs kimdi internasyalist, ağəz? (Əhməd bəyə) Alə, bu qələt

eləyir! Mənim «Drujba narodov» ordenim var! (Vera Nikolayevnaya) Mən döyüləm, bəs kimdi

internasyalist? Hə? Kimdi?!

I s g ə n d ə r z a d ə (hövlank qışqıra-qışqıra gəlir). Mən! Mənəm internasionalist! Mənəm!

Mən!

Ə s ə d u l l a. Bircə elə sən əskiyüdün?!

I s g ə n d ə r z a d ə (tövşüyə-tövşüyə). Mən buna yol verə bilmərəm! Mənim prinsiplərim

buna yol verməz!

Səhnənin küncündəki Süpürgəçi kişi boylana-boylana

onlara tamaşa edir.

Ə s ə d u l l a. Əşşi, tüpürüm sənin prinsiplərüvə! Ode, Qorbaçov soxdu siçan deşiyinə sənin

prinsiplərüvü!

Ə h m ə d b ə y. Allah! Allah!

I s g ə n d ə r z a d ə. Xeyr! Mən yol verə bilmərəm ki, sənin kimiləri bu sadə yoldaşı (Əhməd

bəyi göstərir.) yoldan çıxarsın!

Vera Nikolayevna. Vot tak!

Ə s ə d u l l a. Nə? Alə, bəs dünənə kimi deyürdüz ki, kapitalist ölkələrdəkülərün hamısı

şipyondu, bəs, noldu, hə, ay partokrat?! Ode, Yelsin bağlıyır partiyavu! (Əhməd bəyə) Bax, sən

öləsən, yox, sən cavansan, bu özü ölsün ki, belə deyirdilər! (Isgəndərzadəyə) Hə, demürdüz belə, ay

partokrat?!

I s g ə n d ə r z a d ə (dəruni bir pərişanlıq içində). Ah, Lenin!.. Lenin!.. Qabaqkı vaxtlar

olaydı, bu da mənim qabağımda belə danışaydı?!.

V e r a N i k o l a y e v n a (başını bulayır). Ay-yay-yay!..

Ə s ə d u l l a. Danışardım!.. Mən bütün ömrüm boyu əlitəmizlik uğrunda partokratiyaya qarşı

mübarizə aparmışam!..

I s g ə n d ə r z a d ə. Mənim prinsiplərim qoymur ki, səni burda...

Ə s ə d u l l a (onun sözünü kəsir). Get! Get o prinsüplərüvün dərdini çək!

Ə h m ə d b ə y (tamam çaşbaş qalıb). Allah!.. Allah!.. Bu nə?! (Özünü göstərir.) O heç nə

başa düş yok!..

I s g ə n d ə r z a d ə. Mənim vicdanım...

Ə s ə d u l l a. Alə, nə sənün vicdanun? Sənün vicdanun partiya döyül?! Tüpürüm sənün

partiya iclasuva!

Vera Nikolayevna. Kakoy nevospitannıy!.. Ujas!..

I s g ə n d ə r z a d ə. Mən...

Ə s ə d u l l a (ona macal vermir). Sən öləsən, səsüvü çıxarsan, Lenini də söyəcəyəm! Onsuz

da heç kim eşitmir məni!

Vera Nikolayevna. Man eşidiram, mən! Man deyadjak!.

Ə s ə d u l l a (tamam hövsələdən çıxmış). Day deməyəcəksən sən heç nə! Birinci səni

boğacam, bax, by əllərimnən, sonra (Isgəndərzadəni göstərir.) bunu! Birinci səni! (Vera

Nikolayevnaya sarı cumur.)

V e r a N i k o l a y e v n a (qorxub qışqırır). Vanya! Vanya!

Ivan Ivanoviç (qaça-qaça səhnəyə daxil olur). Manim qeyrati buna yol verdi olmaz!.. Veranı

oldurmak istayir o?! (Əsədullanı göstərir.) Dinamit!.. Dinamit!.. Man bunları da, özumu da

partladajak!..

Ə h m ə d b ə y. Allah!.. Allah!.. (Özünü göstərir.) O heç nə başa düşdü yok!..

V e r a N i k o l a y e v n a (canfəşanlıqla). Lazım deyil, Vanya, əzizim!..

151

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!