16.11.2014 Views

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Orqan işçiləri yorğanı Həlimənin əynindən dartırlar. Əliabbas kişi onların üstünə yerimək istəyir. Həlimə onun

qabağını kəsir.

H ə l i m ə. Nolar, yoxluyun... Işivüzdü də... Ancaq Allah haqqı, alladıblar sizi, bu yorğanda

da heç nə yoxdu...

Ş i n e l l i k i ş i. Biz Allaha-zada inanmırıq, arvad!

H ə l i m ə. Nəyə inanırsız, ona and içim... Bu yorğanda da, bizim evdə də qızıl yoxdu, ay

qərdeş... Yalan deyiblər sizə!..

Orqan işçiləri yorğanın üzünü çırır.

Ş i n e l l i k i ş i (Məmmədbağıra). Hardadı bəs qızıllar? Səninləyəm! Hanı bəs?

Pauza.

Məmmədbağır gedib evin bir küncündə palazı kənara çəkir və döşəmədəki xəlvətxananın qapısını açır, əli ilə

oranın içini göstərir.

M ə m m ə d b a ğ ı r. Bude, burdadı...

Ş i n e l l i k i ş i (Əliabbas kişiyə). Hə, qızıl yoxdu də, deyirdin?! (Barmağı ilə onu

hədələyir.) Ay düşmən element! Sənin yerin Sibirdi, Sibir! Ora da göndərəcəyik səni. (Həliməyə)

Səni də! (Xanım arvada) Səni də yoxlayacağıq, görək, kimsən, gecə vaxtı bu düşmənlərin evində

neyləyirsən? (Orqan işçilərinə) Çıxardın qızılları ordan!

Orqan işçisinin biri əyilib xəlvətxanadan bir boğça çıxarırlar. Şinelli kişi cəld boğçanı alıb açır. Boğçanın içindən

kitab çıxır.

Bu nədi belə?

H ə l i m ə. Qurandı də, qurban olum sənə.

Ş i n e l l i k i ş i (əsəbi). Quran? (Məmmədbağıra) Sənin verdiyin siqnalların hamısı belə zay

çıxır! Bizi xalqın yanında biabır edirsən! Yaşadığın evdən də xəbərin yoxdur! Hanı bəs, deyirdin

atam qızıl gizlədib? Hanı?

M ə m m ə d b a ğ ı r (pərt və həyəcanlı). Elə bilirdim, orada qızıl var...

Ş i n e l l i k i ş i. Axmaq oğlu, axmaq! (Onu yamsılayır.) «Elə bilirdim... Elə bilirdim...»

Qələt eləyirdin, yaramaz oğlu, yaramaz! (Əliabbas kişiyə) Oğlun idiotdu də!.. (Əlindəki Qurana

baxır və onu xəlvətxanaya tərəf tullayır.) Qurandan da əl çəkmək lazımdı! Yoxsa, doğrudan da

göndərərik sizi Sibirə! (Orqan işçilərinə) Gedək. (Yanından keçərkən barmağı ilə Məmmədbağırı

hədələyir.) Səninlə söhbətimiz qalsın sonraya! (Evdən çıxır.)

Orqan işçiləri onun ardınca gedirlar. Onlardan biri Əliabbas kişinin yanında bir anlıq ayaq saxlayır.

Orqan işçisi(pıçıltı ilə). Zəmanədi də, kişi, Allah bizi bağışlasın... (Evdən çıxır.)

Pauza.

Ə l i a b b a s k i ş i (əllərini göyə qaldırır). Ya Allah! Ya Allah! Əgər varsansa, əgər

görürsənsə, bunu... (Barmağı ilə Məmmədbağırı göstərir.) bax, bunu cəzasına yetir! Yetir cəzasına!

Yetir!

H ə l i m ə (qorxu içində qışqırır). Əliabbas!.. Əliabbas!..

Xanım arvad Həliməni qucaqlayır.

357

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!