16.11.2014 Views

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Pauza.

Onlar – Xanım xalanın oğlanları altı nəfər idi və onların altısı da müharibədən sağ-salamat

qayıtmışdı. Indi altısı da, lal bir sükut içində o mərmər başdaşına baxırdılar. Qırx ildən sonra, mən

birinci dəfə idi onları beləcə bir yerdə görürdüm... Qırx il bundan əvvəlki kimi... Çox uzaqlarda,

əlçatmaz, ünyetməz, əbədi bir uzaqlıqda qalmış Bakı məhəllələrinin birində biz bir yerdə

yaşayırdıq...

Kiçik pauza.

Həmin sentyabr günü gecə yağış yağırdı. Və mən heç cürə yata bilmirdim, yumşaq kürsüdə

oturub... bilmirəm... mürgüləyirdim... ya məni qara basırdı... bilmirəm... Mən karvan gördüm... O

karvan ağ dəvələrdən ibarət idi. Karvanda altı ağ dəvə var idi. Hər dəvənin öz sarvanı var idi. O

sarvanlar Cəfərə, Adilə, Əbdüləliyə, Qocaya, Cəbrayıla, Ağarəhimə oxşayırdı... Onlar idi... Mən

özümü – balaca Ələkbəri də gördüm... Mən hansısa sarvandan yox, bütün karvandan soruşdum: « –

Hara?» Karvan cavab verdi: « – Gələcəyə gedirik...» O uşaq – balaca Ələkbər sevinirdi, çünki o

uşaq karvanı yola salmırdı, yox, o uşaq həmin Gələcəkdə idi... Gələcəkdə dayanıb uzaqdan görünən

karvanı qarşılayırdı... Yola salan isə qalın qaşların altından baxan iri, qara gözlər idi... Xanım

arvadın dəvə gözlərinə oxşayan iri, qara gözləri...

İ ş ı q s ö n ü r.

2002.

376

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!