16.11.2014 Views

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

B a ş r e d a k t o r (səhnə boyu var-gəl edə-edə). Vallah, adam yatmağa da qorxur... Qorxur

ki, gedib divanın üstündə uzanıb yuxuya getsin... Dünən gecə yuxuda görürəm ki, adamla dolu

stadiondu, yüngül atletika üzrə yarış gedir, mən də hündürlüyə tullananam... Qaçıb, qaçıb atlanıram

hündürə... Camaat qalxır ayağa... Mən hündürə qalxıram, amma daha yerə düşmürəm... Elə qalxıram

göyə, qalxıram... Məni gözləyən camaat qalır aşağıda, görünməz olur, stadion görünməz olur, Bakı

görünməz olur, axırda yer kürəsi balaca bir top kimi qalır uzaqda... Mən də elə hey qalxıram göyə,

özüm də bir daha insanların arasına qayıtmaq istəmirəm, yer kürəsinə dönmək istəmirəm...

Ürəyimdə də bir qəm, bir qüssə var, incimişəm insanlardan, yer kürəsindən, yorulmuşam...

Oyanandan sonra yarım saat özümə gələ bilmədim... Yuxarı qayıtmaq istəyirdim, ora! (Əli ilə tavanı

göstərir.) Geriyə dönmək istəmirdim... Yenidən bizim bu başıbəlalı yer kürəmizə qayıtmaq

istəmirdim. Çünki, həqiqətən, ürəyimdə bir qəm-qüssə var, həqiqətən, yorulmuşam, bax, buracan

(Əli ilə çənəsinin altını göstərir.) doymuşam, day mümkün deyil... Çox çətindi... Mən çətinliklərdən

qorxan adam deyiləm, bütün ömrüm çətinliklər içində keçib, əzab-əziyyət içində keçib, bəzən də lap

məşəqqət içində yaşamışam, amma, vallah, day dözə bilmirəm... Mənim özümə nə lazımdı? Heç nə!

Bir həsirəm, bir Məmmədnəsir! Ailə yox, uşaq yox... Heç bir daxmam da yoxdu... Bude, iş

kabinetindəki bu divanımdı (Əli ilə göstərir.) mənim evim! Bu qədər əziyyət çəkdim... Milli

Məclisin qəbul elədiyi bütün o təzə qanunların hamısını öyrəndim. Min bir əzab-əziyyətlə, ağzını

axıracan açmış ac akulalar kimi rüşvət sədlərini aşa-aşa dövlətdən kredit götürdüm, yer icarə elədim,

bu qəzeti təsis elədim, Mətbuat və Informasiya Nazirliyində qeydiyyatdan keçirdim, min bir əzabəziyyətlə

Latviyadan kağız gətirtdim, mətbəəylə müqavilə bağladım, imzalarını tanıdığım adamları

bir-bir özüm tapıb işə götürdüm... Nə üçün? Ona görə ki, mən də bu respublika üçün əlimdən gələni

əsirgəməyim, nəsə eləyim... Fikirlərim var, millətə çatdırım... Arzularım var, bildirim... Ancaq kağız

kağızdı, bəli, güc-bəla ilə tapmaq olur, mətbəə də mətbəədi, axırı ki, çap edir qəzeti... Bəs bu

insanlar?.. Bu adamlar?.. Ətrafa baxıram, az qalır ürəyim partlasın!.. Nə olub bunlara? Elm, texnika

inkişaf etdikcə, elə bil ki, insan da ağlının yarısını verib elektron aparatlara, kompüterlərə, özü qalıb

yarımçıq... Elə bizim bu redaksiyadakıları götür... Belə baxırsan, əməlli-başlı adamlardı... Amma elə

ki, bir az yaxından təmasda olursan, paho-o-o!.. Deyiləsi deyil!.. Gərək o şairfason demişkən, əlinə

saz alasan!.. Bunları işdən çıxaracaqsan, acından öləcəklər... Bu maaşla, heç olmasa, birtəhər

dolanırlar... Onda bəs nə edəsən? Bəs qəzeti necə çıxarasan? Daha təkbaşına çıxara bilmirəm,

yorulub əldən düşmüşəm, gücüm çatmır... O qədər material oxuyuram, redaktə edirəm ki, gecə

gözümü yumanda da hərflər az qalır bəbəyimi deşsin... Bəs qəzet çıxmayandan sonra, özü də

maraqlı çıxmayandan sonra, camaat onu almayandan sonra, mən o kreditləri necə ödəyəcəyəm? Bir

də ki, axı, iş tək bu redaksiyadakılarda deyil... Birini qəbul edirsən, o birinin ərizəsini oxuyursan, o

brisiylə də telefonla danışırsan, görürsən... belə... birtəhərdir... Birtəhərdir, amma vallah, heç özüm

də bilmirəm, nə təhərdir... Görmürsən, deyir ki, Klinton Sovet Ittifaqı Qəhrəmanıdı?! O biri deyir ki,

sar-sar dilində kosmosla danışıram, özümüz də arvad-uşaqla birlikdə uçuruq Veneraya, tez-tez də

Leninlə görüşürəm! Bədbəxt millət! Bu yetmiş ildə Lenini o qədər yeridiblər beyninə ki, imperiya

dağıldı, ancaq o hələ ondan əl çəkə bilmir! Elə bil, insanların şüurunun altında mürgüləyən bir

xərçəng xəstəliyi var, indi münbit zəmin yaranıb, xəstəlik oyanıb!.. Bu cürə gəl qəzet burax də!..

Vallah, hərdən adam özündən şübhələnir... Deyirsən, bəlkə elə bunlar normal adamlardı, sən özün

birtəhərsən? Hə? Bəlkə elə doğrudan da Veneraya uçur? Bax də... Gör nə danışırsan?.. Belə getsə,

deyəsən sən hələ çox şeylər danışacaqsan... Yox, bu bədbəxt qız doğrudan qız deyil, insan deyil,

qırqovuldu!.. O birisinin də qaynanası kişi çıxıb, amma məlum deyil qızını necə doğub!.. (Başını

bulaya-bulaya yazı masasına yaxınlaşır və masanın siyirtməsini çəkib güzgünü götürür, dilini

çıxarıb diqqətlə özünə baxır.) A-a-a!.. A-a-a!...

İ ş ı q s ö n ü r.

238

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!