16.11.2014 Views

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Birinci qız (pıçıltı ilə). ABŞ-da on yeddi dənə xalça dükanı var!..

Q a d ı n (pıçıltı ilə). Meksikada da!..

K i ş i (pıçıltı ilə). Meksikada?!.

Ikinci qız(pıçıltı ilə). Argentinada da!..

K i ş i (pıçıltı ilə). Argentina!..

Oğlan(pıçıltı ilə). Atasından qalıb!.. Yaponiyada da əntiq dükanları var!..

Birinci qız (pıçıltı ilə). Xoşbəxt milyonçu!..

K i ş i (pıçıltı ilə). Yaponiyada?!

Birdən-birə işıq bu pıçı-pıçı eləyənlərin arası ilə gələn Mehdiqulu bəyin üzərinə düşür.

M e h d i q u l u b ə y (bərkdən). Baba, nə qədər «milyonçu» deyib qəşş edərlər?! Ay həzərat,

bunlar necə insanlardı?! Vallah, billah, bu milyon söhbəti məni dəli elədi!.. Hara gedirəmsə,

böyüklə, kiçiklə, kiminlə görüşürəmsə, işi-gücü buraxıb, məni bacıoğlunun milyonları sarıdan

sorğu-suala tuturlar!.. Mən tamam məəttəl qalmışam!.. Elə bil bu camaat üçün dünyada başqa heç

bir dərd-sər yoxdu, baba, maraq yoxdu, mövzu yoxdu!.. Ay bədbəxtlər! Həzrət Allah bu məmləkət

üçün heç nə əsirgəməyib! Neft deyirsən, burada! Pambıq deyirsən, burada! Filiz deyirsən, burada!

Balıq, kürü, barama, qaz, kürreyi-ərzdə nə istəyirsən, burada! Mandarini! Alması! Zeytunu! Üzümü!

Ənciri! Nə istəyirsən? Ay bədbəxtlər! Başqalarının milyonlarını saymaqdansa, qolunuzu çırmalayın,

iş görün, özünüz olun milyonçu!.. Adam nə qədər başqasından xoşbəxtlik umar?! Ay zalımlar! Ay

insafsızlar! Ay mürvətsizlər! Həzrət yaradanımız bu qədər verib bu məmləkətə, adını da qoyub

Azərbaycan! Nə istəyirsiz daha?! Nəyiniz çatışmır! Gözünüz onun-bunun cibində olanacan, çalışın,

tər tökün, Allahsız əməllərdən çəkinin, sizin də cibiniz dolsun, baba!.. Gözünüz o məmləkətdə, bu

məmləkətdə olanacan, öz gözəl məmləkətinizə bir gün ağlayın də, ay cahillər!..

Kişi(pıçıltı ilə). Bu yenə gəldi!..

Qadın (pıçıltı ilə). Millətin düşmənidi bu!

Birinci qız (pıçıltı ilə). Əhməd bəyi yoldan eləmək istəyir!..

Oğlan(pıçıltı ilə). Dayısı olanda, nə olar. Gözünü dikib Əhməd bəyin milyonlarına!..

I k i n c i q ı z (pıçıltı ilə). Milyonlarına?!.

K i ş i (pıçıltı ilə). Milyonlarına?!.

Q a d ı n (pıçıltı ilə). Milyonlarına?!.

Süpürgəçi kişi tez-tez və nigarançılıqla boylana-boylana pıçı-pıçı sahiblərinə və Mehdiqulu bəyə baxır.

M e h d i q u l u b ə y (bərkdən). Oyanın, ay bədbəxtlər!.. Oyanın, özünüzə bir gün ağlayın!..

Heç kim sizin əvəzinizə gəlib müharibə eləməyəcək!.. Heç kim sizin əvəzinizə gəlib bu millət üçün

xidmət etməyəcək!.. Evladlarınıza bir gün ağlayın!.. Məmləkəti ağ günə çıxarın!..

Kişi(pıçıltı ilə). Bu, millət xainidi!..

O ğ l a n (pıçıltı ilə). Dəlidi!..

Qadın(pıçıltı ilə). Yox, dəli deyil, Əhməd bəyin başını yemək istəyir!..

Birinci qız(pıçıltı ilə). Milyonlarını istəyir!..

O ğ l a n (pıçıltı ilə). Milyonlarını!..

Ikinci qız(pıçıltı ilə). Ah, Fransa!..

Q a d ı n (pıçıltı ilə). Milyon!..

K i ş i (pıçıltı ilə). Milyon!..

154

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!