16.11.2014 Views

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

V e r a N i k o l a y e v n a (tavadakı kartofu çevirə-çevirə çiyinlərini çəkir). Eh!.. Mənə nə?

I v a n I v a n o v i ç. Görünür, elə bizim bəxtimizə yazılıb ki, Sovet Ittifaqında yaşayaq, qalıb

çürüyək burda!

Vera Nikolayevna. Oy! Day demə!.. Ode, o Marqarita!.. Mən Krupskayanı oynayanda, o

qabağıma çay gətirən qulluqçunu oynayırdı. Nə oldu? Solomonu da götürdü, getdilər Izrailə!.. Mən

o Ritanı yaxşı tanıyıram!.. Solomon axmağı atacaq Izraildə, boşanacaq ondan, çıxıb gedəcək

Amerikaya!..

I v a n I v a n o v i ç. Bu dünyada Allahın yəhudisi də olmadıq!..

Vera Nikolayevna. Eh!.. Sovet Ittifaqında yəhudidən xoşbəxt adam yoxdu!.. Kefi istəyəndə,

deyir ki, gedirəm!.. Çıxır gedir!.. Perestroykadı də!..

I v a n I v a n o v i ç. Mən bir dənə «Moskovski»ni yüz dənə belə perestroykaya dəyişmərəm!

V e r a N i k o l a y e v n a (gülür). Oy, Vanya!.. (Istehza ilə) Bu nə sözlərdi? Sən ki, səhnədə

Vladimir Iliç idin!.. Pionerlərlə görüş keçirirdin!.. Komsomolçuları əsl Volodya kimi olmağa

çağırırdın!..

I v a n I v a n o v i ç. Nə olsun? Sən də səhnədə Nadejda Konstantinovna idin!.. Həmişə

rejissorlarla dava edirdin ki, sənə on səkkiz yaşlı qızların rollarını versinlər. Amma Nadejda

Konstantinovnaya o saat razı oldun! Nə isə... Pis olardı bir dənə «Moskovski»?

Vera Nikolayevna. Yox, pis olmazdı. Ancaq, ay yazıq, sən indi hardan tapacaqsan

«Moskovski»ni? Pulun var sənin? (Tavada qızaran kartofu çevirə-çevirə) Hə, olsaydı, mən də yüz

qram vurardım bu kartofla!

Ivan Ivanoviç (əli ilə burnunun pərələrini qapayır). Mən day qızarmış kartof yeyə bilmirəm!

Kartof görəndə ürəyim bulanır! (Qışqırır.) Istəmirəm day kartof qızartması! Istəmirəm day semiçka

yağı!..

Vera Nikolayevna. Istəsən də, istəməsən də, oturub yeyəcəksən! Özü də «Moskovski»siz!

Ivan Ivanoviç (qışqırır). Yo-o-ox!.. (Birdən pəncərədən həyətə boylanır.) Ode, gəldi!

Vera Nikolayevna. Kim?

I v a n I v a n o v i ç. Əhməd bəy! Aristokrat! Stanislavskinin gəncliyi! (Diqqətlə baxır.) Onu

kinoya çəkəsən, Dzerjinski roluna! Bilirsən neçə çıxar?!

V e r a N i k o l a y e v n a. Indi elə Dzerjinskimiz çatışmır!

I v a n I v a n o v i ç. Eh, kiminsə bəxti gətirəcək! Kimsə qızını verəcək ona! Sonra qızla

bərabər özləri də köçüb gedəcəklər Fransaya! Milyonçudu! Xoşbəxtlər! Xoşbəxtlər! (Birdən yenə

burnunun pərlərini qapayıb qışqırır.) Istəmirəm day kartof qızartması!.. Istəmirəm day semiçka

yağı!..

Vera Nikolayevna.Bağırma! Əlimi yandırdım!..

I v a n I v a n o v i ç. Yaxşı oldu yandı! Qoy yansın!

Vera Nikolayevna. Heyvərənin biri, heyvərə!

Ivan I v a n o v i ç. Özünsən!

V e r a Nikolayevna. Pyaniskə!

I v a n I v a n o v i ç. Idiotka!

V e r a N i k o l a y e v n a. Kretin!

Ivan I v a n o v i ç. Özünsən! (Daha da bərkdən qışqırır.) Istəmirəm day kartof qızartması!

Istəmirəm day semiçka yağı! Istəmirəm! Fransaya!.. Fransaya getmək istəyirəm!..

V e r a N i k o l a y e v n a. Buna bax bir!.. Sən, sən e, sən Fransaya getsən, onda, bəs, Fransa

hara getsin?! Toje mne, Vladimir Iliç!

I v a n I v a n o v i ç (birdən-birə ağlına nəsə bir fikir gəlir və çox mehriban). Veroçka!..

Vera Nikolayevna hirslə tavadakı kartofu çevirə-çevirə cavab vermir.

131

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!