16.11.2014 Views

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

uynuzun uzundu

qurda görə,

saqqalın uzundu

sözün keçsin,

tükün uzundu

üşüməyəsən,

südün çoxdu

mənə görə,

ot verim sənə,

su verim sənə,

həmişə, bax, belə,

dost olaq, oynayaq...

(Mahmudla üz-üzə gəlir.)

Pauza.

M a h m u d. Sən... Sən kimsən?..

M ə r y ə m. Mən Məryəməm...

Pauza.

Bəs sən kimsən?

M a h m u d. Mən Mahmudam...

Pauza.

Sən Məryəmsən... (Əlini uzadıb qızın saçlarına toxundurur.)

M ə r y ə m. Sən Mahmudsan...

Pauza.

Mən Isəvi... Sən Məhəmməd Hümməti... (Qorxaraq.) Aman, Mahmud, məni rüsvay eyləmə...

Ildırım çaxır. Yağış çiləyir. Onlar qaçıb tayanın altında gizlənirlər və yalnız bu zaman biz görürük ki, uzaqdan iki

nəfər onları güdür.

İ ş ı q s ö n ü r.

YEDDİNCİ ŞƏKİL

D a n ı ş a n, Q ə m ə r b a n u, S o f i, Q ı s ı r q a r ı,

M i r z ə S a l m a n.

Gündüz. Saray.

D a n ı ş a n. Saraya ildırım sürətilə belə bir xəbər yayıldı: Ziyad xanın oğlu Mahmud aşiq

olub. Bu xəbəri eşidən saray cavanları gülməkdən özünü güclə saxladı, sarayın kəniz-qaravaşının bu

xəbərə inanmağı gəlmədi, dövrün siyasətindən başları açılmayanlar bu xəbərin fərqinə varmağa

macal tapmadı, qazdan ayıq olanlar, çox götür-qoy edib, bu xəbəri Ziyad xanın növbəti siyasi fəndi

kimi yozdu, ürəklərinin dərinliyində Ziyad xana batmaq ümidindən əl çəkib, gələcəyin təskinliyini

Mahmudun zəifliyində tapanlar, bu xəbərdən narahat oldu, çünki Ziyad xanın nəvələri ola bilərdi,

təzə qohumlar arasında Mahmudun güclü müdafiəçiləri ola bilərdi, Ziyad xanın taxtına göz dikənlər

ola bilərdi, amma saraya belə bir xəbər yayılanda ki, Mahmud Gəncənin kənarlarında yaşayan hansı

bir keşişinsə qızına aşiq olub, hamı məəttəl qaldı.

311

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!