16.11.2014 Views

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

SƏKKİZİNCİ ŞƏKİL

B a ş r e d a k t o r, P a n t e l e y m o n

P o l i k a r p o v i ç, K a t i b ə.

Baş redaktorun kabineti. Baş redaktor yazı masasının arxasında əyləşib. Ponteleymon Polikarpoviç onun

qarşısında ayaq üstə dayanıb.

B a ş r e d a k t o r (əsəbi halda əlindəki kağızı silkələyə-silkələyə). Mən sizi nə üçün işə

götürdüm? Bax, burada, bu otaqda sizinlə oturub nə barədə söhbət etdik, Panteleymon Polikarpoviç,

yadınıza gəlir?

P a n t e l e y m o n P o l i k a r p o v i ç. Kak je? Albatta! Oçen xoroşo yadındadır!

B a ş r e d a k t o r. Siz bizim qocaman, hörmətli rus jurnalistlərimizdən birisiniz. Sizinlə də

belə şərtləşmişdik ki, həftədə bir dəfə rus dilində respublikadakı mədəni, ictimai-siyasi həyatımızın

icmalını yazasınız! Rusdilli oxucular üçün! Onlar da oxuyub görsünlər ki, bu başıbəlalı ölkədə nələr

baş verir! Belədir?

P a n t e l e y m o n P o l i k a r p o v i ç. Bali!

B a ş r e d a k t o r. Bəs siz neyləmisiz?

P a n t e l e y m o n P o l i k a r p o v i ç. Man neynadi?

B a ş r e d a k t o r (əlində tutduğu kağızı oxuyur).

Ana vətən, ana vətən,

Səni çoxlu sevirəm mən!

Azərbaycan!

Can, vətən, can!

Təbrizim mənim!

Əzizim mənim!

Bu nədi belə?

P a n t e l e y m o n P o l i k a r p o v i ç. Şer!

B a ş r e d a k t o r (əsəbi). Sluşay! Bəyəm bizim azərbaycanlı şer bülbüllərimiz azıydı ki, siz

də bir tərəfdən başlamısız? Bir dənə «Simuzər» poemasının öhdəsindən gələ bilmirik! Bilmirik ki,

canımızı necə qurtaraq? Indi də siz başlamısız?

P a n t e l e y m o n P o l i k a r p o v i ç (başını aşağı salaraq). Bali!

B a ş r e d a k t o r. Siz Azərbaycan dilini bilməyə-bilməyə bu dildə necə şer yazacaqsız?

P a n t e l e y m o n P o l i k a r p o v i ç (ehtirasla). Axı, bu dil manin ana dili!

Pauza.

B a ş r e d a k t o r. Nə?

P a n t e l e y m o n P o l i k a r p o v i ç (eyni ehtirasla). Manin ana dili! Rodnoy Azirbeyjan

dili!

B a ş r e d a k t o r. Necə yəni Azərbaycan dili sizin ana dilinizdi? Panteleymon Polikarpoviç,

siz, bəyəm, rus deyilsiz?

P a n t e l e y m o n P o l i k a r p o v i ç. Bali, indi rusam...

Pauza.

B a ş r e d a k t o r. Necə yəni «indi rusam»?

P a n t e l e y m o n P o l i k a r p o v i ç (ruh yüksəkliyi ilə). Axı, man avvalki xayatda

azirbeyjanes bıl!

B a ş r e d a k t o r. Nə?

239

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!