16.11.2014 Views

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

S i l v a n a. Xanımlar və bəylər! Bəsdi daha!

Baş rejissor. Bu adam qorxusundan xalqın qarşısına çıxmır!

Gənc aktrisa. Bizim də səbrimizin sonu var!..

S i l v a n a (əlini Direktorun kabinetinə tərəf uzadaraq). Irəli!.. (Zərblə direktorun qapısını

açıb kabinetə daxil olur.) Is-te-fa!..

– Is-te-fa!..

– Is-te-fa!..

– Is-te-fa!..

Əhli-teatr da Silvananın arxasınca

Direktorun kabinetinə doluşur:

Direktor (ayağa qalxır və nəhayət ki, qayışı boğazından açıb tələsik). Mən razıyam!..

Adminstrator olmağa razıyam!..

K a t i b ə (ayağa qalxıb kabinetin açıq qapısından içəri boylana-boylana telefon dəstəyinə).

Oy!.. yazıq qorxur ki, birdən heç administrator da saxlamazlar!..

M ü ə l l i f (portfelindən bir dəftərçə çıxarıb kabinetə boylana-boylana tələsik qeydlər edir),

Aha! deməli belə!.. Kulminasiya nöqtəsi burda başlayır...

Direktor. Ancaq...

S i l v a n a. Nə ancaq?

Direktor. Ancaq heç olmasa idarə maşınım özümdə qalsın!

S i l v a n a. Mən qəti etiraz edirəm!

Baş rejissor. O necə olur ki, direktor başqası olur, amma direktor maşını sizin?

A r t i s t. Mən də qəti etiraz edirəm!

Gənc aktrisa.Amerikada teatr direktoru heç belə söz deyər?

A s s i s t e n t. Biabırçılıqdı!..

Birinci a r t i s t. Ar olsun!..

Ikinci artist. Özü də deyir ki, mən demokratam!..

Birinci aktrisa. Yalandı!..

S i l v a n a. Maşın Əhmədi gəzdirməlidi! Axı,.. Axı, bəlkə hərdən dayısına da lazım oldu!..

A r t i s t. Doğrudur!

Gənc aktrisa. Maşın davası edir!.. Yaxşı ki, Mehdiqulu bəy burda yoxdu, yoxsa adam bilməzdi

ki, xəcalətindən nə eləsin?!

K a t i b ə. Oy-oy-oy!..

Ikinci aktrisa. Əhməd istedaddı!

D i r e k t o r. Hardaydı bəs onun istedadı indiyəcən? Niyə ixtisar elədiz onu?

S i l v a n a. Deməli deyirsiz ki, onun istedadı yoxdu, hə?

D i r e k t o r. Mən... mən deyirəm ki...

Baş rejissor (onun sözünü kəsir). Dayının xəbəri var sizin bu fikirlərinizdən?!

D i r e k t o r. Hə? Yox... Siz məni düzgün başa düşmədiz... Mən demokratam... Mən...

demokratik cəmiyyət qurmaq yolunda canımı əsirgəməmişəm... Yeni həyata qədəm qoyuruq...

Mən.. Siz deyirsiz ki, administrator, yaxşı də... Mən nə deyirəm ki... Mən... (Birdən özünü saxlaya

bilməyib qışqırır.) Mən maşın istəyirəm! Mən personal maşınım olmasa ölərəm! Mən qırx il

hökumət maşınında gəzmişəm!..

S i l v a n a. Xanımlar və bəylər! Biz gərək humanist olaq! Totalitar rejim bu adamı şikəst

etmişdir!

Direktor. Bəli... Bəli...

M ü ə l l i f (eyni ehtirasla dəftərçəsinə qeydlər yaza-yaza). Bu, mənfi qəhrəman olmalıdır!

210

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!