16.11.2014 Views

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

S i l v a n a. Bu adam olanda, nə olar, düz deyir. Xanımlar və bəylər! Kim bu təkliflərlə

razıdır...

Direktor. Yox. Təklifləri bir-bir səsə qoyun! Sosiska maşınını da ayrıca!

Artist. Əşşi, biz inanırıq ki, sən demokratsan, ancaq day bu boyda da yox də!..

S i l v a n a. Məsələni tez həll etməliyik. Vaxt itirmək lazım deyil. Xanımlar və bəylər! Həmin

təklifləri səsə qoyuram. Kim bu təkliflərin hamısı ilə razıdır, əlini qaldırsın.

Hamı əlini qaldırır. Müəllif tələsik özünü içəri

dürtüb səsləri bir-bir saymağa başlayır.

M ü ə l l i f. Bir, iki, üç, dörd, beş, altı...

Direktor. Əleyhinə olanları da sayın, sonra sosiska maşınının əmması çıxmasın...

S i l v a n a. Xanımlar və bəylər! (Gizli bir hədə-qorxu ilə.) Kim əleyhinədir?

M ü ə l l i f. Lehinə on doqquz oldu! (Dəftərə qeydlər yazır.)

S i l v a n a. Əleyhinə yoxdu. Kim bitərəfdir?

Müəllif. Yoxdur. (Dəftərə yazır.) Mənim gələcək faciəmdə hər şey gərək dəqiq olsun!

Direktor (Müəllifə). Maşını da qeyd elə ora, sonra əlimizdə dokument olsun.

M ü ə l l i f. Xeyr! Mən daha maşınlardan, inəklərdən, qoyunlardan yox, insanlardan

yazacağam!

S i l v a n a. Xanımlar və bəylər! Beləliklə, bizim doğma kollektivimiz istədiyinə nail oldu!

Xalqın səsini boğmaq, demokratiyanın qarşısını almaq mümkün olmadı! Sənət daimidir, həyat

müvəqqəti! Biz sənət uğrunda mübarizə aparırıq!

Direktor. Bir xahişim də var!

Baş rejissor. Dedim ki, buna üz vermək olmaz də!

Direktor. Bir xahişim var. Bufetçiyə tapşırın ki, sosiska maşınının üstündə mənimlə

höcətləşməsin.

Silvana. Onu təzə direktorumuz tapşırar! Bəli, xanımlar və bəylər! Əhməd bəy öz doğma sənət

ocağına qayıdır!

Dayı qəbul otağına daxil olur.

K a t i b ə. O-o-o!.. (Telefon dəstəyinə) Prişol samıy qlavnıy! Yox, Baş nazir, yox, Dayı!

(Dayıya) Sizi təbrik edirəm!

D a y ı. Məni? Nə münasibətlə?

K a t i b ə. Əhməd müəllim teatra qayıtdı! O bizim Direktordu! Çox sağ olun!

D a y ı. Mən niyə? Siz sağ olun!

Kabinetdəki əhli-teatr açıq qapıdan Dayını görür və hərə bir tövr ilə öz xüsusi hörmətini izhar etmək istəyir və

Dayı bu səs-küy içində Direktorun kabinetinə daxil olur.

A r t i s t (Dayıya). Mən sizə nə söz vermişdim?

B a ş r e j i s s o r. Mən Əhməd müəllimi bu əllərimlə bəsləmişəm, necə qoya bilərdim ki, o

kənarda qalsın?

A s s i s t e n t. Mən sizə dediklərimin hamısını (sabiq Direktoru göstərir), bu adama dedim!

Birinci aktrisa. Mən dedim ki, haqsızlığa imkan vermərəm!

Ikinci artist. Mən sizə dediyimi etdim!

S i l v a n a. Artıq söz lazım deyil! (Dayını göstərir.) Bu adamın iti gözlərindən heç nə

yayınmır!

Müəllif (diqqətlə Dayıya baxaraq). Bilmirəm də bu müsbət qəhrəmandı, ya mənfi?

Silvana. Heç nə, heç nə yayınmır! (Işvə ilə.) O bilir ki, kim kimdir...

212

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!