16.11.2014 Views

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

V e r a N i k o l a y e v n a (yavaşdan). Mənə deyən lazımdı ki, ay ifritə, otuz ildi

Azərbaycanda yaşayırsan, əməlli-başlı öyrən bunların dilini də!.. Bax öz cəzandı! Marqarita da,

Solomon da azərbaycanca elə danışırdılar ki, bunların özlərindən də yaxşı!.. Amma sən indi

bilmirsən ki, bu gözəl oğlan nə deyir? (Bərkdən) Ax, Axmed bek!.. Manim qarip qonlu yaqin ki, bir

da xeç zaman qulmayadjak!..

Işıq üçüncü mərtəbədən həyətə boylanan

Əsədullanın üzərinə düşür.

Ə s ə d u l l a (gözlərini bərəldib). Alə!.. Alə, bu artist bizim uşağı salıb çənginə ki! Alə,

mənim leşim düşüb bəyəm?! Mən ölmüşəm, hə?! (Tələsik pəncərədən çəkilir.)

Əhməd bəy(çiyinlərini çəkir). Çox e-e-e.. tasuf!.. (Özünü göstərir.) O başa düşdü yok... O

revuar madumazel...

V e r a N i k o l a y e v n a (yavaşdan). Heç başa düşmüram ki, bu fransızca danışır, yoxsa

azərbaycanca?.. Heç olmasa, fransızca bilsəydim!.. (Bərkdən) Ax, ax, Axmed bek!.. Urek dolu

sozle!..

Ə h m ə d b ə y (bu dəfə, deyəsən, nəsə başa düşür). Hə! Hə!.. Un, madumazel Vera! (Özünü

göstərir.) Onun da ürəyi söz dolu! (Dərindən köks ötürur.) Ah!..

V e r a N i k o l a y e v n a (yavaşdan). Davay, Vera davay! Najimay! (Bərkdən) Ürek dolu

soz!.. Siz... va man!.. Torşer yanır. Tet-a-tet!

Ə h m ə d b ə y. Madumazel Vera...

Ə s ə d u l l a (tələsik özünü yetirərək). Nə?! Madmazel Vera? Alə, budu madmazel?

Səhnənin küncündə elə hey həyəti süpürən Süpürgəçi kişi daha artıq bir diqqətlə onlara tərəf boylanır.

Vera Nikolayevna. Bu svoloç haradan gəldi?

Ə h m ə d b ə y. Bonjur, müsyö!..

Ə s ə d u l l a. Bu nə deyir, alə? Söyüş-zad söyər a?! (Bərkdən) Nə deyirsən?

Ə h m ə d b ə y (özünü göstərir). O salam dedi.

Ə s ə d u l l a. Əleykümə salam. Alə, bəs sən buna (Vera Nikolayevnanı göstərir) madmazel

deyirsən, özü də günün günorta çağı, həyətin ortasında?! Alə, bəs, operaya getmək nə idi, buna

burda əlüstü madmazel deməyün nədi?

V e r a N i k o l a y e v n a (onun üstünə qışqırır). Səni kim bura çağırdı? A?!

Ə s ə d u l l a. Alə, sən mənim üstümə qışqırırsan?

Əhməd bəy(çaş-baş qalıb). O (özünü göstərir) heç nə başa düşdü yok!..

V e r a N i k o l a y e v n a (Əsədullaya). Mən sizi milisya veredjek!

Ə s ə d u l l a. Ağəz, sən məni milislə qorxudursan?! Indi bəyəm drujba narodov vaxtıdı?!

(Əhməd bəyə) Alə, bura gəl. (Əhməd bəyin qolundan tutub, Vera Nikolayevnanı göstərir.) Alə,

bilirsən bu kimdi?

Ə h m ə d b ə y. Bilirsən yok!..

Işıq dördüncü mərtəbədən boylanan Isgəndərzadənin

üzərinə düşür.

I s g ə n d ə r z a d ə. Gör o rüşvətxor necə yapışıb Fransadan gələn yoldaşın qolundan?! Yox!

Mən buna dözə bilmərəm! Mənim də səbrimin sonu var, yoldaşlar! (Tələsik pəncərədən uzaqlaşır.)

Ə s ə d u l l a (Vera Nikolayevnaya). Əlün hər yerdən üzülüb,indi bizim bu uşağı tovlayırsan?

Vera Nikolayevna(qışqırır). O sizin uşaq deyil! O menim uşağım e-e-e... mənim tanışım!.. O

Axmed bek!.. Intelegent! Sənin uşağın evda! Qet qozuna... e-e-e... qyozina sok! (Əsədullaya işarə

ilə Əhməd bəyə) Bu internasionalist deyil!

150

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!