16.11.2014 Views

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Y o l d a ş T ə k. Belədir də, yoldaş Ədilə... Təcrübə göstərir ki, mənim kimi mətin adamların

da iradəsini sarsıtmaq mümkündür... (Barmağını mürəkkəbə batırıb şüşənin üzərindəki «3»-ün

qarşısına «1» əlavə edr.) Belədir... (Ədilə heyrətlə Yoldaş Təkə baxır.) Bəli, yoldaş Ədilə, bəli...

Təəccüb edirsiniz ki, Yoldaş Tək nə üçün belə bir bədbin əhvali-ruhiyyədədir?.. Bilirsinizmi mən

neçə ildir rabitə sahəsində işləyirəm? Düz qırx bir ildir. Qırx bir il. Mən kənd poçtalyonundan şəhər

rabitə şöbəsinin müdirliyinə kimi şərəfli bir yol keçmişəm... Amma nə olsun?

Ə d i l ə (heyrətlə). Necə? Necə?

Y o l d a ş T ə k. Deyirəm ki, nə olsun? Bəs mənim gələcəyim? Mənə ancaq siz kömək edə

bilərsiniz, yoldaş Ədilə...

Ə d i l ə. Mən? Bir az açıq danışın də, Yoldaş Tək.

Y o l d a ş T ə k. Doğrudur. Bu mənə xas olan ən müsbət keyfiyyətlərdən biridir: sözü üzə

demək, açıq-açığına. Rabitə nazirliyində bir yer boşalıb, yoldaş Ədilə, yoldaş Məlikovun yeri.

Yoldaş Məlikov dünən vəfat edib, qəflətən.

Ə d i l ə. Yəni rəsmi surətdə vəfat edib?

Y o l d a ş T ə k. Bəli, lap rəsmi surətdə... Qəzetdə də yazmışdılar. Mən də, özünüz çox yaxşı

bilirsiniz, təcrübəli və bacarıqlı rabitə işçisiyəm. Deyirəm bəlkə... Bəlkə bir məndən ötrü yoldaş

Məlikməmmədovun qulağına pıçıldayasınız?

Ə d i l ə (Yoldaş Təkin bədbinliyinin səbəbini yalnız indi başa düşür). A-a-a... Fikirləşərəm,

Yoldaş Tək.

Y o l d a ş T ə k. Fikirləşərsiniz?

Ə d i l ə. Bəli. Onsuz da dünəndən elə hey fikirləşirəm.

Y o l d a ş T ə k. Dünəndən fikirləşirsiniz? Mənim barəmdə?

Ə d i l ə. Sizin barənizdə də...

Y o l d a ş T ə k. Çox sağ olun, yoldaş Ədilə, çox sağ olun. Sizə şəxsi işinizə yazılmaqla

təşəkkür elan edirəm.

Qoca Professor şöbəyə daxil olub, Ədilənin pəncərəsinə yaxınlaşır.

Q o c a P r o f e s s o r. Salam. Mən Əliquluzadəyəm. Mənə məktub varmı?

Ə d i l ə (məktublara baxır). Yoxdur.

Q o c a P r o f e s s o r. Yoxdur? Ola bilməz. Qəti surətdə ola bilməz. Qəti surətdə.

Ə d i l ə. Dedim ki, yoxdur. (Yenə də bir-bir məktublara baxır). Ə-li-qu-lu-zadə... Yoxdur.

Q o c a P r o f e s s o r. Arvad sklerozdur. Tamam sklerozdur. Altı gündür Gəncədən

gəlmişəm, hələ məktub yazmayıb mənə. Tapşırmışam ki, məktub yaz mənə, nigaran qalmayım,

yazmayıb indiyə qədər. Sklerozdur. Tamam sklerozdur. (Lap əsəbi) Boşayacağam gedən kimi.

Y o l d a ş T ə k. Əsəbiləşməyin, hörmətli yoldaş Əliquluzadə, əsəbiləşməyin. Gələr. Bəlkə

elə bu gün gəlib? Gedim görüm təzə məktubları gətiriblərmi?

Qoca Professor. Mən də sizinlə gedirəm.

Qoca Professor içəri keçib Yoldaş Təklə birlikdə gedir. Baba yerindən qalxıb Ədiləyə yaxınlaşır.

B a b a. Bir daha salam, yoldaş Ədilə. (Baba «yoldaş Ədilə» dedikdə Yoldaş Təkin təsiri o saat

hiss olunur.) Necəsiniz, yoldaş Ədilə?

Ə d i l ə. Pis deyiləm, Baba.

B a b a. Yoldaş Ədilə, bilirsinizmi mən sizin xətrinizi nə qədər çox istəyirəm? Mən sizin üçün

canımdan keçərəm, «uf» demərəm.

Ə d i l ə cavab vermir.

116

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!