16.11.2014 Views

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Q o n ş u. Laçınov! Bilirsən onun nə boyda qulaqları var?

K i ş i. Uzunqulaqdı?

Q o n ş u. Hə, çox uzunqulaqdı!.. (Özü öz sözlərinə heyrət edir.) Nə? Bu nə sözdü o boyda

rəisə deyirsən?

K i ş i. Özün dedin də!

Q o n ş u. Yaxşı, qonşu, gedək! Mən mənəvi aləmsiz yaşaya bilmirəm! Gedək mənim mənəvi

aləmimlə beşcə dəqiqə məşğul ol, vəssalam!

K i ş i. Yox! Bu dəfə get özün al!

Q o n ş u. Özüm necə alım? Soruşmazlar ki, ya, xalaoğlu, sosiska düzəldən babasan, özün də

deyirsən ki, bir qəpik qazancım yoxdu, bəs hardandı səndə bu qədər pul?

K i ş i. Kim soruşacaq?

Q o n ş u. Ehtiyat igidin yaraşığıdı! Dünyanın işlərini bilmək olmaz!

K i ş i. Indi bazar iqtisadiyyatıdı! Sovet hökuməti getdi!

Q o n ş u. Bəs birdən qayıtdı?

K i ş i (öz-özünü sakitləşdirir). Sakit ol... Əsəbiləşmə...

Q o n ş u. Nə?

K i ş i (hirsli). Yox! Mən almayacağam! (Sürətlə səhnədən çıxır.)

Q o n ş u. Bu bədbəxt deyəsən o söz! (Baş barmağını aparıb gicgahında fırladır.) Başlayıb özözünə

danışmağa... (Konverti yenə də arxasında qayışının altına keçirə-keçirə Kişinin ardınca)

Qonşu!.. Qonşu!.. (Səhnədən çıxır.)

İ ş ı q s ö n ü r.

ÜÇÜNCÜ ŞƏKİL

Kişinin evi. Axşam. K i ş i, A r v a d, O ğ u l, Q ı z,

P r o f e s s o r, Partiya lideri, X a n ı m.

Kişi oturub qəzetlərə baxır. Oğul, Marksın «Kapital»ını oxuyur.

O ğ u l. «Kapital» bəşər dühasının ən böyük əsəridir!

K i ş i (öz-özünü sakitləşdirir). Sakit ol... Əsəbiləşmə... Gözəl bir axşamdı... Sən də istirahət

edirsən...

Pauza.

O ğ u l. Mən hər dəfə «Kapital»ı oxuyanda yeni kəşflər edirəm!

K i ş i (özünü saxlaya bilmir). Necə yəni, hər dəfə oxuyanda? (Daha da qızışır.) Altı aydı!

Yenə doqquzuncu səhifədə deyilsən?

Oğul (pərtliyini gizlətmək istəyir). Xeyr! Xeyr! Bu Marksdı! Onun gərək hər cümləsini dərk

edəsən!

A r v a d (səhnəyə daxil olaraq əlindəki kağızı Kişiyə uzadır). Al...

K i ş i. Bu nədi?

A r v a d. Birdən yenə səhər elə çıxıb gedərsən ki, xəbərimiz olmaz. Spisokdu, sabah

görəcəyin işlərin siyahısı!

K i ş i (siyahını götürərək öz-özünü sakitləşdirir). Sakit ol... Nə var ki?.. Hər şey əladı!..

Sakit...

A r v a d. Nə deyirsən elə?

K i ş i (eləcə öz-özünə).

258

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!