16.11.2014 Views

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

İ ş ı q s ö n ü r.

İKİNCİ ŞƏKİL

S o n a, A ğ a k ə r i m, Ə l ə k b ə r.

Ələkbərgilin evi.

Günorta.

S o n a. Çox uzun çəkdi bu dəfə səfərün... Əldən saldı səni...

A ğ a k ə r i m. Bilirsən... Səfərdə adamın fikri dağılır... Bu səfərlər olmasa, mənim ürəyim lap

partlayar...

S o n a. Ay Ağakərim, ay qurban olum sənə, ay başuva dönüm, dünyadı də... Sənnən çox

gəzən yoxdu ki, dünyada, özün bilirsən bunu də, nöş üzürsən özüvü, nöş xiffət yeyir səni, ay başuva

dönüm sənün?.. Ode, hara baxırsan, Fətulla Dadəminin şəkilləridir, o nöşün bəs ürəyini üzmür, özü

də, kitab yazandı? Hansı şəklinə baxırsan, elə adamın üzünə hırıldayır... O da sənün kimi Irandan

gəlib də... Onun da qohum-əqrəbası Iranda qalıb də... Onu da sovet hökuməti buraxmır də, Irana...

Bilirəm e, istəyirsən atovu görəsən, anovu görəsən, məhləvi görəsən... Ancaq, ay Ağakərim, biz

varıq axı... Ode, Fətulla Dadəmi, deyirlər, şairləri bir-bir satır, özünə ad qazanır...

A ğ a k ə r i m. Kiri, ay qız! Bu nə sözlərdi danışırsan, bizi xataya salmaq istəyirsən?!

S o n a. Xataya nöş salıram, Ağakərim, başuva dönüm, bunu bütün mələ danışır də. Iki gündə

bir Muxtargilin evindədi. Bir dəfə də bizə gəlsin də, nöş gəlmir? Uşaqlıqda bir yerdə böyüməmisüz?

Fətulla Dadəmi nə qədər yaxçı şairlər var, nə qədər alim adamlar var, hamısını bir-bir güdaza verir,

özünə də hörmət qazanır! Onu görüm, tramvay altında qalsın! Bəyəm bizim mələdən o cür qəzəlxan

Səttar Məsumu o güdaza vermədi? Day bunu dünyada bilməyən adam yoxdu ki, Ağakərim... Fətulla

Dadəminin, Allah göstərməsin, indi ifşa elədiyi adama zaval yoxdu! Zəmanə adamıdı də!

A ğ a k ə r i m. Yavaş danış, ay qız!..

S o n a. Burda kim var ki, ikimizik də...

A ğ a k ə r i m (yavaşdan). Indi elə zəmanədi ki, divarların da qulağı var... (Daha da

yavaşdan) Indi mən də gedim başlayım adam satmağa?

S o n a (qorxur). A-a-a... Əstəğfürullah de, Ağakərim! Allah eləməsin...

A ğ a k ə r i m. Sənin böyüklərlə nə işin var?.. Böyüklərin işinə qarışma. (Pıçıltı ilə) Bu

bolşevik hökuməti cəlladdı, baba... Bir tikə çörək tapırıq, şükür!.. Balamız böyüsün...

S o n a. Illah amin!.. (Qapıdan boylanıb çağırır.) Ələkbər, gəl!.. (Süfrəyə yemək gətirir,

boşqab düzür.)

Gəl, otur. Atonnan bir yerdə çörək yeyək.

Ələkbər gəlir.

Ələkbər mizin arxasında oturur.

A ğ a k ə r i m (çörəyi götürür). Bismillah...

Ə l ə k b ə r (yeyə-yeyə). Balakərimçün də xörək çəkərsən, verrəm ona.

S o n a. Yaxçı. Aparıb verərsən. Ancaq, Ələkbər, sən çox qulaq asırsan e, Balakərimə... O

yazıq axı, bir az başdan xarabdı...

Ələkbər qaşığı yerə qoyur.

345

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!