16.11.2014 Views

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Ürəyimdən axır qanlı sular

Getdim,Simuzər, əlvida, ey yar!..

(Ayağının altındakı kürsünü kənara itələmək istəyir.)

K a t i b ə. Ah, xoşbəxt Simuzər!..

B a ş r e d a k t o r. Bir dəqiqə!

Ə d ə b i i ş ç i. Yox, məni fikrimdən döndərmək mümkün deyil!

P a n t e l e y m o n P o l i k a r p o v i ç (diqqətlə Ədəbi işçiyə baxaraq öz-özünə). Da, bu

toçno dallak Usta Ibraqim Ardabili, moy parixmaxer! Svoloç, başımı bark kasdi... Qan mnoqo

axdı... Ostalsya takim je upryamım oslom! Allax raxmat versin!..

B a ş r e d a k t o r. Bir dəqiqə!

Ə d ə b i i ş ç i. Qəti mümkün deyil!

S i y a s i i c m a l ç ı (istehza ilə öz-özünə). Guya ki, öz fikrilə oturub-durur...

Ə d ə b i i ş ç i. Əlvida, sevimli günəşim mənim, ayım mənim, sayrışan ulduzlarım mənim,

dənizim mənim! Əlvida, əziz Bakım mənim! Şair könlüm sizi də Simuzərlə bərabər sevirdi!

B a ş r e d a k t o r. Deməli, siz əsl şair deyilsiniz!

Pauza.

Ə d ə b i i ş ç i. Nə? Nə dediniz?

K a t i b ə. Vay!..

Ə d ə b i i ş ç i. Mən əsl şair deyiləm?

P a n t e l e y m o n P o l i k a r p o v i ç. Koneçno...

Ə d ə b i i ş ç i. Hə?

B a ş r e d a k t o r. Bəli! Siz əsl şair deyilsiniz! Əgər siz əsl şair olsaydınız, «Simuzər»

poemasını yarımçıq qoyub özünüzü asmazdınız!

Gərgin pauza.

Ə d ə b i i ş ç i (qəfil bir ehtirasla, şövqlə). Mən onu bitirəcəyəm!.. (Kəndiri çılçıraqdan

açmağa başlayır.) Mən «Simuzər»i yarımçıq qoymayacağam! (Kəndiri tamam açıb çıxarır, həlqə

boynunda hoppanıb yerə düşür və dərhal da yaradıcılıq fəaliyyətinə başlayır.) Sən mənim... Sən

mənim...

Sən mənim canım, qanım,

Sevimli, pak nigarım!..

K a t i b ə. Ah!.. Məhəbbət aşiqi!..

Ş ö b ə m ü d i r i (pəncərə tərəfə baxa-baxa pıçıltıyla). Dar bar? Zar-zar!.. Zar-zar!..

B a ş r e d a k t o r (əsəbi). Bəsdi! Qurtardı daha bu komediya oyunları! Hərə öz işi ilə məşğul

olsun! Mən sizə, hamınıza çox ciddi xəbərdarlıq edirəm! Xalqın, millətin bu günündə biz burda

oturub boş-boş işlərlə məşğul ola bilmərik. Buna bizim mənəvi haqqımız yoxdu! Kim şer yazır,

işdən sonra gedib yazsın! Kim sevmək istəyir, işdən sonra gedib kimi istəyir, nəyi istəyir, sevsin!

Kim özünü öldürmək istəyir, zəhmət çəkib işdən sonra özünü öldürsün. Eşitdiz də?

Hərə öz yerində oturub kağız-kuğuzla məşğul olmağa başlayır. Kəndir eləcə Ədəbi işçinin boğazındadı və o

hələ «Simuzər»namə aləminin sehrindən çıxmayıb, pıçıltıyla barmaqhesabı hecaları sayır. Yalnız Məsul katib

Baş redaktoru ötürür və işıq ancaq onların

üzərinə düşür.

M ə s u l k a t i b. Darıxmayın... Düzələcək, hər şey düzələcək..

B a ş r e d a k t o r (bir ürək yanğısı ilə). Bəs, axı, nə vaxt düzələcək?

223

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!