16.11.2014 Views

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

D o k t o r M a h m u d b ə y (acıqlı). Hacı!

S ə k i n ə x a n ı m. Xahiş edirəm sizdən, ağalar, bizə kömək edin, dərdimizə bir çarə qılın...

H a c ı K a z ı m a ğ a. Yaxşısı budu, bacım, qubernatorun arvadın gətirək, bir əncam çəksin bu

işə. (Yavaşdan) Ay əncam çəkdi ha!.. Nina Mixaylovna deyil, kölgəsidi...

Q o ç u H ə s ə n q u l u. Canuva can, qədeş!

S ə k i n ə x a n ı m. Bəs, kim getsin gətirsin qubernatorun arvadını?

H a c ı K a z ı m a ğ a. Həsənqulu!

Q o ç u H ə s ə n q u l u. Bəli, qədeş!

H a c ı K a z ı m a ğ a. Get qubernatorun arvadını gətir bura...

Q o ç u H ə s ə n q u l u. Gələr bəyəm, qədeş?

M ə l e y k ə x a n ı m. Alın mənim bu üzüyümü, verin ona.

H a c ı K a z ı m a ğ a. Hə, indi lap avtomobilə minib gələr... (Yavaşdan) Bu köpək qızı

qubernatorşa kasıb saldı Kəblə Muxtargili... Elə hamını, bircə məndən başqa... Mənim özümdən, öz

cibimdən hələ bir köpük qoparda bilməyib...

Q o ç u H ə s ə n q u l u. Canuva can, qədeş!

H a c ı K a z ı m a ğ a (bərkdən). Get, Həsənqulu, tez elə!

Q o ç u H ə s ə n q u l u. Baş üstə, qədeş!

Uzaqlaşan addım səsləri.

D o k t o r M a h m u d b ə y. Xanımlar, doktor Ditrixson yaxşı mütəxəssislərdən biridir. Əsəb

xəstəliklərində onun böyük səriştəsi var. Nə üçün onu dəvət etmirsiniz?

H a c ı K a z ı m a ğ a (tələsik). Ay doxtur, burax dedim bu kafirləri!.. Ditrixsondur-zatdur,

bunlar hamısı Karapetovun agentləridir. Kişinin başına, əstəğfürullah, iş-zad açarlar!.. Bədbəxt

olarıq...

D o k t o r M a h m u d b ə y. Hacı Kərbəlayi Muxtarın həyatı bu qədər qiymətlidir sizinçün?..

Nə isə əksinə oxşayır...

H a c ı K a z ı m a ğ a (özündən çıxır). Bura bax, doxtur, mən sənin kimi lütkom bəyləri çox

görmüşəm a-a! Oğlanlaruvun biri burda ortada gəzən vankələrə qoşulub təxribit salır mədənlərdə, o

birisi də Fitilbörkdə oxumaq əvəzinə dustaq yatır orda, imperator həzrətlərinin əleyhdarıdır, indi sən

burada mənə badalaq gəlirsən? And olsun Allaha, baxmaram doxturluğuva, baxmaram Berlində

həkimlik oxumağuva, bu saat bir mərəkə salaram burda ki, aləm tamaşasına yığılar!..

D o k t o r M a h m u d b ə y (həmişəki sakitliyi ilə). Mən bir stəkan su deyiləm ki, sizinçün,

çəkəsiniz başınıza!

H a c ı K a z ı m a ğ a (get-gedə daha da qızışır). Alə, mən kafeşantanda firəng şampanı

içmirəm ki, bığım bulaşar, sən indi sudan dəm vurursan?..

S ə k i n ə x a n ı m. Bəsdirin, Hacı!

M ə l e y k ə x a n ı m. Siz... Siz özünüzü bizim evdə çox... çox pis aparırsınız, Hacı!..

H a c ı K a z ı m a ğ a (yumşaq). Bu nə sözdür, bacım? Mən bu evin ağsaqqalıyam. Bu ağır

günümüzdə mən bu evin böyüyüyəm. Kəbleyiylə tonnan duz-çörək kəsmişik!..

M ə l e y k ə x a n ı m. Bu evin Aslan bəyi var.

H a c ı K a z ı m a ğ a. Nolar, bacım, nə qədər ki, o yoxdur burda, mən də sənin əmin.

Kiçik pauza.

Eşitdiyimə görə, Kəbleyi heç bir vəsiyyət-zad yazmayıb. Izn versəniz, yəni məni vəkil etsəniz,

bu işlə cani-dildən məşğul olaram. Bu saat aləm qarışıb bir-birinə. Sizin var-dövlətinizə göz dikən

çoxdur... Camaat indi canavardır, bacım, kimin ki, ayağı bir balaca büdrədi, kəsirlər başının üstünü.

Gördünüz Karapetovu necə gəlmişdi quzğun kimi?..

11

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!