16.11.2014 Views

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Ə l i a b b a s k i ş i (əllərini yuxarı qaldırır). Ilahi, şükür kərəminə!.. Şükür kərəminə! Iki il

idi bu günü gözləyirdim!.. Şükür!

Işıq yenə yalnız Müəllifin üzərinə düşür.

M ü ə l l i f. Məmmədbağırı məhəllə adamları basdırdı. Əliabbas kişi təziyə saxlamadı və heç

kimdən başsağlığı qəbul eləmədi. Həlimə xala elə günə düşmüşdü ki, söz də deyə bilmirdi,

sinəsindən ancaq boğuq bir xırıltı çıxırdı... Illər keçdi... Məmmədbağırın dərdi Həlimə xalanı apardı.

Əliabbas kişi tək qaldı. Müharibə başlayandan sonra da, günlərin bir günü, Əliabbas kişinin

Maştağada yaşayan qızı Nisə xala əri ilə gəlib onu kəndə, öz evlərinə apardılar. Ondan sonra, biz bir

daha Əliabbas kişini görmədik.

Baxın prelüdləri eşidilir.

Baxın prelüdləri həmişəlikdi. Həmişə insanlarla olacaq. O prelüdləri yüz il bundan əvvəl də

çalıblar, yüz il bundan sonra da çalacaqlar. Amma Balakərimin tütəkdə çaldığı havaları bir də heç

kim eşitməyəcək. Bax nəhəng idi. Amma Balakərim heç kim idi. Heç kimlərin mahnısı əbədi susur.

Bu çox ağırdı...

Pauza.

Mən heç cürə yadıma sala bilmirəm ki, müharibənin başlanmağını birinci dəfə nə vaxt

eşitdim? Bunu eşidəndə mən nə edirdim? Bəzən mənə elə gəlir ki, bu xəbəri, birinci dəfə, anamdan

eşitdim. Bəzən də, mənə elə gəlir ki, Balakərimdən eşitdim və o zaman Balakərimin həmişə yol

çəkən gözlərinə dərin bir kədər çökmüşdü. Balakərim danışırdı və o danışdıqca da mən Ağ Dəvənin

yanında olurdum. Mən yenə də onunla birgə Ağ Dəvənin yanında, o sehrli Ağ Dəvə aləmində idim.

Işıq səhnənin bir küncündə oturmuş Balakərimi işıqlandırır.

Ələkbər onun yanında oturub.

B a l a k ə r i m. Yolçu fikirləşdi ki, bir vaxtlar ki, hələ Məhəmməd Rəsulüllaha inanmayan

adamlar var idi və o adamları da Allah xəlq etmişdi, bəs nə üçün o adamlar Məhəmmədi daşa basıb

dişini sındırdı, dodağını parçaladı? O adamlar Məhəmmədə inanmırdı, amma Allah ki, Məhəmmədi

tanıyırdı, Allahın ki, elçisi idi Məhəmməd və bir halda ki, belə idi, nə üçün o adamlar əllərini

qaldırıb Məhəmmədə daş atırdı? Niyə əlləri qurumurdu? Və ümumiyyətlə, necə olurdu ki, belə bir

bəd əməl onların ağlına gəlirdi?

Işıq Molla Əsədullanın üzərinə düşür.

M o l l a Ə s ə d u l l a. Alə, Allaha and olsun, bu Balakərim küfr şeylər danışır!.. Alə, buna

qulaq asmaq olmaz e!.. Bu köpəyoğlu, deyəsən, əstəğfürullah, Allahı danır... (Gedir.)

B a l a k ə r i m. Nə üçün o saat peyğəmbərə inanmırdılar, axı, Allah peyğəmbərin taleyini

əvvəlcədən təyin etmişdi və bəyəm Şeyx Ibrahim Əlimuxtar Qəzvini – Allah ona rəhmət eləsin –

demir ki, dünyanın ən böyük və ən müdrik kəlamı budur: «Allah bilən məsləhətdi?..».

Işıq Ibadullanın üzərinə düşür.

364

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!