16.11.2014 Views

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

YEDDİNCİ ŞƏKİL

X a n ı m a r v a d, M i l i s n ə f ə r i, Ş i n e l l i k i ş i.

Bakı küçələrindən biri. Səhər tezdən.

Böyük bir binanın qarşısında milis postu. Milis nəfəri soyuqdan üşüyə-üşüyə köşkün qarşısında gəzişir. Xanım

arvad ora-bura baxa-baxa gəlib köşkün yanında dayanır.

X a n ı m a r v a d. Salam-əleyküm.

M i l i s n ə f ə r i. Əleykümə-salam.

Kiçik pauza.

Nə istəyirsən, bacı?

X a n ı m a r v a d. Böyüyüvüz lazımdı mənə.

M i l i s n ə f ə r i. Kim lazımdır?

X a n ı m a r v a d. Böyüyüvüz.

M i l i s n ə f ə r i. Sən bilirsən bura haradı?

X a n ı m a r v a d. Bilməsəm, gəlmərəm.

M i l i s n ə f ə r i. Burada hamı mənim üçün böyükdür də. Burada ən kiçik mənəm. Bildin?

X a n ı m a r v a d. Bildim.

M i l i s n ə f ə r i. Indi de görüm sənə nə lazımdır?

X a n ı m a r v a d. Bu binadakıların hamısının böyüyü.

M i l i s n ə f ə r i. Çağırıb səni?

X a n ı m a r v a d. Yox.

M i l i s n ə f ə r i. Qohumunuzdu?

X a n ı m a r v a d. Yox.

M i l i s n ə f ə r i. Tanıyır səni?

X a n ı m a r v a d. Yox.

M i l i s n ə f ə r i. Sən tanıyırsan onu?

X a n ı m a r v a d. Yox.

M i l i s n ə f ə r i. Onda bəs nə istəyirsən?

X a n ı m a r v a d. Başa düşmədün nə istəyirəm? Bu binadakıların böyüyünü istəyirəm!

M i l i s n ə f ə r i. Get, ay arvad, get. Bura sənin yerin deyil... Yazığın gəlsin özünə...

Sətəlcəm olarsan... Get, işinlə məşğul ol!

X a n ı m a r v a d. Sənə dəxli yoxdu. Sən get öz işünlə məşğul ol. Onun-bunun qabağında

qapı aç!

M i l i s n ə f ə r i. Nə pis arvadsan sən?!

X a n ı m a r v a d. Özüm bilərəm! Mən pisəm, sən yaxçı ol!

Pauza.

M i l i s n ə f ə r i. Sən nə interesni arvadsan?

X a n ı m a r v a d. Buraxacaqsan məni içəri, ya yox?

M i l i s n ə f ə r i. Propuskun var?

X a n ı m a r v a d. Nə?

M i l i s n ə f ə r i. Kağızın var, deyirəm... icazən?

X a n ı m a r v a d. Yox.

354

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!