16.11.2014 Views

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

S ə k i n ə x a n ı m. Bircə qurbanı olduğum Aslan bəy gəlib çıxsaydı!..

H a c ı K a z ı m a ğ a. Aslan bəy? Bəyəm Aslan bəy gəlir, bacım?

S ə k i n ə x a n ı m. Bir həftə bundan əqdəm Fitilbörkdən qatara minib çıxıb. Bu gün-sabah

burda olsun gərək.

H a c ı K a z ı m a ğ a (yavaşdan). Paho!.. (Bərkdən) Nə tez təhsili sona yetdi?.. Mərhəba!..

Bacım, bəlkə mən Kəbleyiyə təsir edə bildim?

Kiçik pauza.

S ə k i n ə x a n ı m. Gedək, həkim?

D o k t o r M a h m u d b ə y. Nə olar, gedək.

S ə k i n ə x a n ı m (Hacı Kazımağaya). Buyurun içəri.

Addım səsləri.

H a c ı K a z ı m a ğ a. Kəbleyi, olmasın azar?

Pauza.

Kəbleyi, mənəm, Hacı Kazımağadı...

M ə l e y k ə x a n ı m. Ata, Hacı Kazımağa gəlib.

Pauza.

H a c ı K a z ı m a ğ a. Kəbleyi, and olsun Allaha, eşidəndə ki, düşmüsən yorğan-döşəyə,

kontorda yer titrədi ayağımın altında!..

Q o ç u H ə s ə n q u l u (yavaşdan). Canuva can, qədeş!

H a c ı K a z ı m a ğ a. Kəbleyi, ay Kəbleyi!..

Pauza.

Alə, səndə nə var ki, düşmüsən yorğan-döşəyə?.. Əyib döyül?.. Dayan, mən özüm səni bir

balaca dikəldim, Mahmud bəy baxsın sənə. Bax, belə, bax...

K ə r b ə l a y i M u x t a r (bərkdən tüpürür). Tfu!

H a c ı K a z ı m a ğ a (özündən çıxmış halda). Alə, mənim üzümə tüpürürsən?

M ə l e y k ə x a n ı m. Ata!..

Q o ç u H ə s ə n q u l u. Alə, qədeşin üzünə tüpürürsən?!

H a c ı K a z ı m a ğ a. Mənim a-a!..

Q o ç u H ə s ə n q u l u. Sən öləsən, qan tökəcəyəm!..

H a c ı K a z ı m a ğ a. Alə, dünənəcən baqqal idün, uçastokun fantan vurdu, qudurdun? Üzümə

tüpürürsən, hə?!

D o k t o r M a h m u d b ə y. Sakit olun, ağalar!

H a c ı K a z ı m a ğ a. Qurban olasan burdakı arvad-uşağa!.. Yoxsa...

S ə k i n ə x a n ı m. Hacı...

H a c ı K a z ı m a ğ a. Yaxşı, bacım, onda mən keçdim o biri otağa. Alə, Həsənqulu!

Q o ç u H ə s ə n q u l u. Bəli, qədeş!

H a c ı K a z ı m a ğ a. Gəl dalımca.

Q o ç u H ə s ə n q u l u. Baş üstə, qədeş!

Addım səsləri. Çəpiş bəy gülür.

7

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!