16.11.2014 Views

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

A n a s t a s M i k o y a n. Yaşasın xalqımızın sevimlisi, dostumuz və qardaşımız Nikolay

Ivanoviç Yejov! Ura, yoldaşlar!

Gurultulu alqışlar. Qatar fit verir.

A r v a d (gülə-gülə). O sözləri Səftərə demisən?

K i ş i. Səftər ölüb.

A r v a d. Fərmana?

K i ş i. Ölüb.

A r v a d (elə hey gülür). Əminəyə?

K i ş i. Əşşi, o lap çoxdan ölüb!..

A r v a d. Əsədullaya?

K i ş i. Əsədulla? O kimdi elə?

M i x a i l Q o r b a ç o v. Biz düz yoldayıq, yoldaşlar!

M i x a i l K a l i n i n. Əyani təbliğatı gücləndirmək lazımdır!

B ə l ə d ç i (dodaqaltı oxuya-oxuya).

Küçələrə su səpmişəm...

Yar gələndə toz olmasın...

Biletinizi göstərin! Tovarişi! Biletı!

B i r i n c i s ə r n i ş i n. O-o-o!.. Lifçik!.. Ona bax e!.. Pakrişka!.. Köhnə çaynik!.. Qarşok!.. Al

bileti. Vay səni! Köhnə divan!.. Bax e!..

I k i n c i s ə r n i ş i n. Baxmıram. Al bileti.

Ü ç ü n c ü s ə r n i ş i n. Bude mənimki, al. Gecə yatım, səhər durmayım, əyər yalan deyirəm,

həmişə gedib Təzə bazardan toyuq pətənəsinin kilosunu bir manata alırdım! Bu günün işığına kor

baxım ki, kilosunu yetmiş qəpiyə də almışam! Indi kilosu on dörd manatadı!.. Böl on dördə, neçə

eləyir? Hə, neçə eləyir? Səkkiz kilo! Mən bir aylıq maaşıma səkkiz kilo pətənə ala bilərəm,

vəssalam! Day su içməyə də pulum qalmaz!..

K i ş i. Mənimki besplatnıdı.

B ə l ə d ç i. Göstər.

K i ş i. Al.

B ə l ə d ç i. Bu nədi, a kişi? Bu, lotereyadı!

K i ş i. Al.

B ə l ə d ç i (dodaqaltı oxuya-oxuya).

Küçələrə su səpmişəm...

Küçələrə su səpmişəm...

Yar gələndə toz olmasın...

Yar gələndə toz olmasın...

U z a q d a n g ə l ə n s ə s. Nökər gəlmişdi Kislovodska, görmüşdü ki, babam dözməyib, özü

gedib Bakıya. Nökər Hövsan soğanını da götürüb təzədən qayıtmışdı Bakıya.

A r v a d. Əsədulla də!.. Sənin dostun yoxuydu, palkovnik!..

K i ş i. Yadıma gəlmir... Kərimi deyirsən?

A r v a d. Kərim yox e, Əsədulla!.. Əsədulla!..

39

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!