16.11.2014 Views

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

BİRİNCİ HİSSƏ

PROLOQ

D a n ı ş a n və başqa iştirakçılar.

Gəncə.

Səhnə alaqaranlıqdır. Nizələr yerə batırılıb, qalxanlar, qılınclar, musiqi alətləri yerə atılıb, bir tərəfdə cəllad

kötüyü dayanıb, arxa planda ot tayası, taxt-tac görünür və iki ocaq közərir, bir neçə yerdən tüstü qalxır.

Haradansa səhnəyə zəif işıq seli axır. Uzaqdan azan səsi gəlir.

Danışan arxa plandan səhnəyə çıxır və ətrafına baxa-baxa, səhnədəki vəziyyəti qiymətləndirə-qiymətləndirə,

gördüklərinə münasibətini bildirərək yavaş-yavaş gəlib, avansəhnəyə çatır, düz ortada dayanır.

Pauza.

Danışan sözlərini deməyə başlayır və o danışdıqca bayaqdan səhnədə üzüüstə yerə uzanmış aktyorlar – obrazlar

(Ziyad xandan, Mirzə Salmandan, Qəmərbanudan başqa) yavaş-yavaş yerdən qalxırlar və qalxdıqca da onların

üstlərindən toz-torpaq tökülür, hərə özünəməxsus əşyanı götürür və Danışanın sözləri altında sinxron edam

səhnəsi oynayırlar.

D a n ı ş a n. Hicri, camadiül-əvvəl ayının 4-ü, milad ilə 1504-cü il iyun ayının 28-i idi. Gəncə

yatmışdı. Bu gün günorta şəhərdə elə bir istilik vardı ki, nəfəs almaq mümkün deyildi və qocaların

dediyinə görə, belə bir isti bir də düz 64 il bundan əvvəl, el aşığı Sazlı Abdullanın başı kəsildiyi gün

olmuşdu... Sazlı Abdulla o zamankı Gəncə hakimi Qara Bəşirə əyan-əşrəf yanında söz qaytarmışdı,

üzünə ağ olmuşdu. Qara Bəşirin oğlu Qara Bəkirin toyunu çalmamışdı, demişdi ki, sənin sarayın qan

çanağıdır və mənim sazımın simləri, istəsəm də, orada çalmayacaq və Qara Bəşir də, el aşığının bu

hörmətsizliyindən, o qədər hirslənmişdi ki, uzun qara bığlarının uclarını çeynəyib qara saqqıza

döndərmişdi. Sazlı Abdullanı şəhərin bazar başında edam etmişdilər. Və 64 il keçəndən sonra da

Gəncənin qocaları heyrətlərini gizlədə bilməyib toyda, yasda danışırdılar ki, elə ki, Cəllad

Toppuzqulunun ülgücdən iti dəhrəsi bir göz qırpımında Sazlı Abdullanın başını bədənindən ayırdı

və elə ki, el aşığının qanı fəvvarə vurub edam kötüyünün ətrafındakı keçən günlərin edamlarından

qalıb qurumuş qanı təzələdi, elə ki, bazar başını dövrəyə almış camaatın ürəyindən qara yanğısı 64

ildən sonra da, keçməyən bir vay keçdi, o zaman edam kötüyünün üstünə sərilmiş başsız cəsədin

yanında düşüb qalmış saz öz-özünə dilə gəldi...

Saz çalınır.

... və dünyanın ən dərdli-ələmli nəğməsini çaldı, heyrətdən-qorxudan camaatın tükü qabarıb

paltarını deşdi, saz elə çaldı ki, o günortanın müsibət istisi də birdən-birə çəkildi, lopa-lopa qara

buludlar camaatın başının üstünü aldı, göy kişnədi, bir leysan başladı ki, hamı güclə qaçıb evə girdi

və bir müddət beləcə yağdı. Bir müddət bu leysan altında, el aşığı Sazlı Abdullanın sazı da, özüözünə

beləcə çaldı, sonra yağış kəsdi, sazın da səsi kəsildi...

Saz susur.

... camaat təzədən bazar başına axışdı və gördü ki, nə saz var, nə cəsəd var, nə də baş var...

Düz 64 il bundan əvvəlki o edam günü, o leysan Sazlı Abdullanın qanını yuyub aparmışdı, amma

deyirdilər ki, o vaxtdan bəri, haçan həddən artıq isti olur, onda bazar başındakı edam kötüyünün

ətrafında, Sazlı Abdullanın qanı, gün altında parıldayır. Və bu gün də, bir neçə dəfə, o cür parıltı

görmüşdülər...

305

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!