16.11.2014 Views

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Q ə m ə r b a n u. Sakitlik tapa bilmirəm, Ziyad... Qorxuram...

Z i y a d x a n. Sakit ol... Qızı saraya gətirdəcəyəm... Sonrasına baxarıq... Hər şey yaxşı olar...

Q ə m ə r b a n u. Mahmud buna razı olmaz... Keşişi də yaman deyirlər...

Z i y a d x a n. Bilirəm... Amma dərya olan yerdə qətrə nə qələt edər... Keşiş mənim

qabağımda nə deyəcək?

Q ə m ə r b a n u. Bəs Mahmud? Mahmud keşiş qızına evlənmək istəyir, Ziyad...

Z i y a d x a n. Gecdir, get, yat... Gecənin xeyrindənsə, səhərin şəri yaxşıdır. Inşallah, səhər

hər şey qaydasına düşər.

İ ş ı q s ö n ü r.

ON B İ R İ N C İ Ş Ə K İ L

M a h m u d, S o f i.

Gecə. Saray. Mahmudun otağı.

Mahmud çarpayıda uzanıb və birdən hövlnak yuxudan ayılır.

M a h m u d (qışqırır). Sofi!.. Sofi!.. Sofi!..

Sofi əlində şam otağa daxil olur.

M a h m u d. Qarışıq yuxu gördüm, Sofi... Qarışıq yuxu idi...

S o f i. Inşaallah, xeyir olar...

M a h m u d. Yox, Sofi, yox... Yuxuda bir xaraba bağ gördüm. Sonra bir tufan qopdu... Sonra

deyəsən... deyəsən Məryəmi gördüm...

S o f i. Adam hər gecə min yuxu görür... Bəyəm bunun hamısı düz olur?

M a h m u d. Məryəm idi, Sofi!.. Tufana düşən Məryəm idi!.. (Çarpayıdan qalxıb elə gecə

köynəyində otaqdan qaçır.)

İ ş ı q s ö n ü r.

ON İKİNCİ ŞƏKİL

D a n ı ş a n, M a h m u d, D ə m ə n g i r I s r a i l,

K e ç ə l k i ş i, U z u n.

Gecə. Keşişin evinin həyəti.

D a n ı ş a n. Mahmud bir göz qırpımında eləcə ayaqyalın, başıaçıq, gecə köynəyində otaqdan

çıxıb eşiyə qaçdı, gözətçilərin arasından sıçrayıb saraydan uzaqlaşdı. Sofi də nəfəsi qarala-qarala

onun ardınca qaçdı. Gəncə hələ yatmışdı. Onlar Gəncənin lap kənarında olan balaca ağ evə çatdılar,

Məryəmgilin evlərinə. Həyətdə ocaq qalanmışdı, Sofinin burnuna kabab iyi gəldi... Dörd nəfər

ocağın ətrafında oturub kabab yeyirdi.

M a h m u d. Məryəm!.. Məryəm!.. (Sürətlə ocaq başında oturub kabab yeyənlərə yaxınlaşır

və birdən kənara tullanmış və ocağın işığında ağaran ağ keçinin kəsilmiş başını görür.)

Dəməngir Israil.Şahi Nəcəfin qəbrinə and olsun ki, Ziyad xanın oğludu bu!.. (Hörmətlə)

Gəlin! Gəlin, siz də yeyin. Həzrət Abbas belimdən vursun ki, ömrümdə belə dadlı kabab

yeməmişəm! Bu da bir qismətdi! Gördük, qapı-pəncərə açıq, həyət-baca bom-boş, keçi də mələ ki,

mələyir, deyir, a kasıb, kimsəsiz adamlar, gəlin məni yeyin!

315

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!