16.11.2014 Views

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Katibə. Hə!.. (Gənc aktrisanın ona baxdığını görüb tələsik öz saatına baxır.) Saat dördə

işləyib.

Gənc aktrisa (hirslə). Gecəyəcən burdan getməyəcəyəm! So helpmi evri... spirit... sənqtifayd...

Direktor(yerindən sıçrayır). Alə, tut! Tut! Vay!.. (Əlilə ürəyini tutub oturur.) Buraxdı... Elə bil

Qorbaçovdu...

Dayı. O-o-o!.. Dördə işləyib? Gecikdim mən! Day gözləyə bilməyəcəyəm! Qalsın sabaha!

Saat üçdə Mehdiqulu bəy ABŞ-dan zəng eləməliydi!.. (Tələsik getmək istəyir.)

Gənc aktrisa. So help mi evri... (Birdən diksinir.) Haradan?

Dayı (ayaq saxlayır). Amerikadan də, Los-Ancelesdən.

G ə n ç a k t r i s a (elə bil ki, qulağına inanmır). Los-Ancelesdən!..

D a y ı. Hə də. Mehdiqulu bəy.

Gənc aktrisa. Mehdiqulu bəy kimdi?

Baş rejissor yenə də qəbul otağının qapısına yaxınlaşıb qulaq asır və əmin-amanlıq olduğu üçun, təzədən qayıdıb

yazı mizinin dolabından araq şüşəsini çıxarır, qədəhinə süzür.

Katibə (istehza ilə). Amerika Birləşmiş Ştatlarının prezidenti! (Telefon dəstəyinə) Sənnən

deyiləm!

D a y ı. Bu nə danışır belə? Mehdiqulu bəy Amerikanın prezidenti haçan oldu, mənim xəbərim

olmadı? (Tərəddüdlə) Yox canım, Amerikanın prezidenti olsaydı, mənə xəbər eləyərdi... Heç olmasa

bir teleqram vurardı!.. Uzaq başı «Vətən» cəmiyyətinə bir teleqram göndərərdi, Elçin müəllimə!..

Yox, bu səhv eləyir...

Gənc aktrisa. Siz ona fikir verməyin! Bəs kimdi?

Katibə (hirslə telefon dəstəyinə). Bura teatrdı e, teatr!.. Burda ala qarğa baş çıxarmaz, ağəz,

sözünü de!.. Hə, trusikdə qaçıb deyirsən?..

Direktor. Vay!.. (Iki əliylə də öz başına qapaz vurur.)

G ə n c a k t r i s a (səbrsiz). Kimdi Mehdiqulu bəy?

D a y ı. Hollivudda «Mehdiqulu portinş kompani»nin prezidenti. (Katibəyə işarə edir.) Bu

səhv salır, ABŞ-ın prezidenti deyil...

Gənc aktrisa (az qalır bayılsın). Oy!.. Oy!.. Nə? Harada? Hollivudda?.. May lord iz not may

lord. Hollivudda...

Baş rejissor qədəhi başına çəkir.

Dayı. Hə, Hollivudda!.. Dünyanın işləridi də. Mənnən bir yerdə Stalinqradda vuruşurdu

faşistlərnən. Plen düşdü... Qabaq bura məktub yazırdı ki, partizan olmuşam... Amma indi deyir ki,

yox, Vlasovçu olmuşam, legionda vuruşmuşam... Bakının fəxri vətəndaşı olmaq istəyir!.. Görüm

neynirəm də?! Bakının icra hakimiyyəti başçısına məktub yazmışam bu barədə. (Getmək istəyir.)

Gənc aktrisa. Bir dəqiqə!.. Bir dəqiqə!.. O sizin dostunuzdu?

D a y ı. Əlbəttə! Birinci sinifdən bir yerdə oxumuşuq! Özü də səhər-səhər idman eləyir, yaxşı

qalıb!

G ə n c a k t r i s a. Oy!..

K a t i b ə. Bax e, Mehdiquluya ərə getmək istəyir!..

G ə n c a k t r i s a. Ənd stud vizin ze blank of his displeja... Amerikada yaşayır?

D a y ı. Hə də...

G ə n c a k t r i s a. Hollivudda?

D a y ı. Hə...

G ə n c a k t r i s a. Özü də Vlasovçu?

D a y ı. Hə!.. (Gülə-gulə başını yelləyir.) Ay səni, Mehdiqulu!..

182

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!