16.11.2014 Views

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

BİRİNCİ ŞƏKİL

Ədiləgilin evi. Səhər tezdəndir. Ədilə əynində pijama səhər idmanı edir. Radio son xəbərləri verir.

Qarı səhnənin sağ küncündə köhnə kürsünün üstündə oturub yun corab toxuyur.

Radionun səsi ilə Qarının danışığı arasında bir təzad var, fəqət onlar bir-birilərinə mane olmurlar.

Qarı (corab toxuya-toxuya elə bil öz-özü ilə danışır). Mənim dörd oğlum var: biri qışda

anadan olub, biri yazda olub, biri yayda, biri də payızda. Bu corabı böyük oğluma toxuyuram. Ən

yaxşı oğlumdur. Özü də od kimidir. Elə istiqanlı, elə işıqlıdır ki... (Yenə də gözünü corabdan

çəkməyərək toxuyur.)

D i k t o r. Idman xəbərləri. Bu günlərdə bakılı usta Məmmədov yüz metr məsafəni on tam,

onda iki saniyəyə qət edərək yeni respublika rekordu əldə etmişdir.

Ə d i l ə (idman hərəkətləri edə-edə). Malades.

D i k t o r. Dünən basketbol üzrə ölkə birinciliyi yarışında «Dinamo» komandası öz

meydançasında «Spartak» komandasını qəbul etmişdir. Maraqlı keçən bu gərgin oyun 114:103

hesabı ilə meydança sahiblərinin xeyrinə qurtarmışdır. Bu qələbə təsadüfi deyil. Ölkənin ən

hündürboylu idmançılarından olan Məlikməmmədovun hündürlüyü 218 santimetrdir.

Ə d i l ə (idman hərəkətləri edə-edə). Boya bax ha-a-a... (Əlini qaldırıb altdan yuxarı baxır.)

Lap paltara şalbandır ki... Məlikməmmədovdan soruşmaq lazımdır görək yuxarılarda nə var, nə

yox? (Çarpayıya tərəf gedib məhrəbasını götürür.) Kifayətdir. Kəm-kəm buxur, həmişə buxur.

(Telefon zəng çalır.) Ədilə qaça-qaça gedib radionu söndürür və dəstəyi götürür.) Alo.

K i ş i s ə s i. Salam, Ada. Səsindən o saat tanıdım səni.

Ə d i l ə (səsi tanıyır). A-a... Privet.

K i ş i səsi. Sən də məni tanıdın? Görünür, bu üç il bizi yadlaşdırmayıb. Necəsən?

Ə d i l ə. Bala-bala.

K i ş i s ə s i (gülür). Ay səni, Ada... Təbrik edirəm, ərə getmisən.

Ə d i l ə. Mersi.

K i ş i s ə s i (gülür). Həmişəki Ada... Mən də həmişəlik gəlmişəm daha...

Ə d i l ə. Gözlərim aydın.

K i ş i s ə s i (gülür). Heç soruşmursan sənin telefonunu haradan öyrənmişəm?.. Eybi yox,

görüşəndə danışaram. Nə vaxt görüşək?

Ə d i l ə. Qulağının dalını görəndə.

K i ş i s ə s i. Oho, bu təzə notdur.

Ə d i l ə. Privet. (Dəstəyi asmaq istəyir.)

K i ş i s ə s i. Ada, Ada, sən mənə heç nə demək istəmirsən?

Ə d i l ə. Istəyirəm: idi k çertu. (Dəstəyi asır.)

Radionu yandırıb məhrəbanı yelləyə-yelləyə səhnədən çıxır.

D i k t o r. Indi isə oyun havalarına qulaq asın. «Vağzalı». Qarmonda çalır Teyyub Teyyub

oğlu.

Oyun havası çalınır. Səhnənin arxasından, yəqin ki,

mətbəxdən Xəlilin səsi gəlir.

X ə l i l (səhnə arxasından). Mamoçka, durmusan yuxudan? Nə tez belə? Necəsən, canım? Nə

istəyirsən alıb gətirmişəm səninçün bazardan.

Ə d i l ə (səhnə arxasından). Sabahın xeyir.

X ə l i l (səhnə arxasından). Ay əleyküməssalam. Qoy bir səni maç eləyim.

84

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!