16.11.2014 Views

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

(Müştəri gözü ilə diqqətlə təpədən-dırnağacan Dayını süzərək.) Hə.... Əhməd... Əhməd

istedadsız adam deyil... Ondan sənətkar yetişdirmək mümkündü...

D a y ı (ehtirasla). Mənim sizə deyəcək sözlərim çoxdu!.. Əhməd heç!..

Silvana. Yox, niyə? Əhmədin yaradıcılıq imkanları az deyil...

Dayı. Siz!.. Yalnız siz!.. Təbiətin bir gözəl guşəsində mən öz urəyimi sizə boşaltmaq

istəyirəm!.. Imtina etməyin! Xahiş edirəm sizdən! Bu mənim həyatımın ən ali bir məqamıdı!..

Imtina etməyin!..

Işıq sönür.

ALTINCI ŞƏKİL

Qəbul otağı. Direktorun və Baş rejissorun kabinetləri.

Katibə, B a ş r e j i s s o r, M ü ə l l i f, D i r e k t o r.

Katibə həmişəki kimi, öz mizinin arxasında oturub telefonla danışır. Direktor öz kabinetində var-gəl edir. Baş

rejisssor dostumuz da öz mizinin arxasında oturub.

Direktor. Kimin ağlına gələrdi?! Kimin ağlına gələrdi ki, o boyda Sovet hökuməti bir göz

qırpımında tar-mar olacaq?! Gorun çatdasın, Stalin!

K a t i b ə. Lap əməlli-başlı öpüşürdülər?

Baş rejissor mizin dolabını açır və barmaqlarını mizin üstündə oynada-oynada diqqətlə dolabın içinə baxır.

Müəllif əlində portfel qəbul otağına daxil olur.

Katibə. Olmaz!

Müəllif tələsik Baş rejissorun qapısını açıb başını içəri soxur.

Dedim ki, olmaz! (Telefon dəstəyinə) Sənnən deyiləm.

Baş rejissor (gözünü dolabdan çəkərək narazı). Yenə sənsən?

M ü ə l l i f. Hə də... Özünüz demişdiz!

K a t i b ə. Olmaz!

Baş rejissor. Nə demişdim?

M ü ə l l i f. Demişdiz ki, sabah gəl, əsər barədə yaradıcılıq söhbəti eləyək!

B a ş r e j i s s o r. Mən? Harda demişdim?

M ü ə l l i f. Dünən də... Restoranda...

B a ş r e j i s s o r. Hə? Yaxşı... Keç içəri...

Müəllif (kabinetə keçərək katibəyə). Icazə verdi!

K a t i b ə. Psix! (Telefon dəstəyinə) Heç, burda biri var... E, nə bilim nədi adı? Birdi bəyəm?

Beşdi? Ondu? Sizdə? Yox canım, sizdə çox ola bilməz!.. Zato bizdə direktor demokratdı!

Baş rejissor. Əyləş də...

Müəllif əyləşir.

Belədi... yaradıcılıq söhbəti deyəndə ki... Belədi, qoyunlar var e, orda..

M ü ə l l i f. Bəli!

Baş rejissor. Onları dəyişmək lazımdı... Qoyun olmasın...

188

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!