16.11.2014 Views

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Firəngiz xanım(hövsələsiz). Mən kağız-mağız bilmirəm! Ətdən nə bişirəcəyəm sabah, adını

qoy!

Ə s ə d u l l a (tamam özündən çıxmış halda). Ət istəmirəm day!.. Istəmirəm!.. Işdə ət! Evdə

ət! Hər gün bozbaş! Dolma! Pilov! Kabab! Istəmirəm! (Əli ilə pəncərəni göstərir.) Ode, hər gün o

rus artistin evində gözəl kartoşka qızardırlar! Iyi adamı elə vurur, adam az qalır şişsin! Qızarmış

kartoşka istəyirəm! Bildün?! Qızarmış kartoşka!..

Işıq sönür və bu dəfə yananda Ivan Ivanoviç ilə

Vera Nikolayevnanın üzərinə düşür.

I v a n I v a n o v i ç. Mənə deyən lazımdı, ay axmaq! Bu ağılla səhnədə Vladimir Iliçin

obrazını yaradırdın?! Mən hələ Ivan Qroznını demirəm!.. Fransadan gələn milyonçunun burda nə

ölümü var, hə?! Milyonçunun başına yer qəhətdi?! Sən bilmirsən ki, bunlar pul qazansa Fransada, ya

qumara qoyar, ya da arvadlara xərcləyər?! Ay axmaq artist!.. O qədər semiçka yağında qızarmış

kartoşka yemisən ki, başın xarab olub! (Vera Nikolayevnaya) Qazı azalt! Day kartoşkanın iyindən

nəfəs ala bilmirəm!.. Püf!..

V e r a N i k o l a y e v n a (plitənin üstündəki tavada qızaran kartofu əlindəki qaşıqla çevirəçevirə

hirsli). Azaltmıram!

Ivan Ivanoviç(burun pərələrini qapayaraq). Püf!..

Vera Nikolayevna. Sənin kimi axmağın sözünə baxıb bir elə vaxtımı itirdim lüğətlərə!.. Viktor

Aleksandroviç yüz dəfə səndən yaxşı ər idi!..

I v a n I v a n o v i ç. Qazı azalt!.. Püf!..

Vera Nikolayevna. Pyotr Matveyeviç də səndən yaxşı idi!..

I v a n I v a n o v i ç. Vera!.. Püf!..

Vera Nikolayevna. Hətta... hətta Nikolay Petroviç də səndən yaxşı ər idi!..

Ivan Ivanoviç(qışqırır). Hamı hamıdan yaxşıdı! It də pişikdən yaxşıdı! Pişik də siçandan

yaxşıdı! Ancaq bir ifritə var yer üzündə, o da sənsən, Vera! Sən! Sən!..

Vera Nikolayevna. Sən özünsən!..

I v a n I v a n o v i ç. Istəmirəm mən kartoşka!.. Istəmirəm!.. Boğuluram mən bu iydən!..

Ölürəm!..

V e r a N i k o l a y e v n a (daha da bərkdən qışqırır). Sən ölən zibil deyilsən!..

Ivan Ivanoviç (qışqırır). Əsl zibil sənsən! Nadejda Konstantinovna!

Vera Nikolayevna. O-o-o!.. Bəs, siz kimsiniz? Möhtərəm Vladimir Iliç! Bəs, sizin saqqalınız

hanı?

I v a n I v a n o v i ç. Onu sən yolmusan, kaftar.

V e r a N i k o l a y e v n a (eyni qışqırıqla). Mən bütün günü o qədər məşqdən sonra ayaq

üstə dayanıb sənə kartof qızardıram, sən mənə kaftar deyirsən?! (Içi kartof dolu tavanı plitənin

üstündən götürüb yerə çırpır.) Ala!

Pauza.

Ivan Ivanoviç (döşəməyə səpələnmiş kartofa baxaraq). Oy, kakoye sçastye!..

Işıq sönür və yenidən yananda Isgəndərzadənin üzərinə düşür.

156

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!