16.11.2014 Views

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Vera Nikolayevna. Fantastika! Elə bil aydan, ulduzdan danışırsan...

I v a n I v a n o v i ç. Xeyr! Fantastika deyil! Fransada demokratiyadı, bizim kimi deyil! Orda

insan hüquqlarını qoruyurlar! Orda insanın qiyməti var! Orda insanın ləyaqətinə toxunmurlar! Orda

ərlə arvad eynidi, pulları da eynidi! Biz təzədən evlənərik!.. (Ayağa sıçrayır.) Kəbinimizi bu dəfə

Notr-Dam kilsəsində kəsdirərik!..

V e r a N i k o l a y e v n a (get-gedə xəyala dalaraq). Mən hələ indiyə qədər heç vaxt kilsədə

kəbin kəsdirməmişəm...

I v a n I v a n o v i ç. Veroçka! Mənim əzizim! Mənim toyuğum!.. Sən bacaracaqsan bunu!

Mən səni tanıyıram, Veroçka!.. Sənin istedadını qiymətləndirməyi indiyə qədər heç bir rejissor

bacarmayıb!..

V e r a N i k o l a y e v n a (ayağa qalxıb pəncərədən həyətə boylanaraq romantik tərzdə).

Özü də gözəl oğlandı!..

Pauza.

I v a n I v a n o v i ç. Vera! Mən səninçün Solomon deyiləm, ha!..

Vera Nikolayevna. Yaxşı! Yaxşı! Solomon deyil... Sən burda oturub gündə kartoşka yeyirsən,

Solomon isə ode, gözəl Izraildə apelsin soku içir!..

I v a n I v a n o v i ç. Yox, Vera! Mənə söz ver!

Vera Nikolayevna. Nə söz?

I v a n I v a n o v i ç. Söz ver ki, mən Parijə gələnə kimi, onunla sənin aranda heç nə

olmayacaq! Söz ver, Vera!

Vera Nikolayevna. Necə söz verim? Özün demirsən ki, ona ərə get?

I v a n I v a n o v i ç. Fiktivni! Sən ona fiktivni ərə gedəcəksən, Vera! Indi Moskvada

yalandan ərə gedib ev almırlar? Sən də o cürə gedəcəksən, yalandan! Hər gün onu aldadacaqsan! O

daha da qızışacaq! Tanıyıram mən bu azərbaycanlı cavanları, Fransada olanda nə olar?! Day da çox

aşiq olacaq sənə! Nə desən edəcək! Söz ver, Vera! Söz ver! Yox... Gərək müqavilə bağlayaq

səninlə! Cibimdə rəsmi sənəd olsun! Yoxsa, sənə nə var? Bir də gördün, getdin, heç məni də

çağırmadın!

Vera Nikolayevna. Yaxşı, yaxşı!.. (Gözü döşəməyə dağılmış kartofa sataşır.) Gördün neylədin

kartoşkanı?

I v a n I v a n o v i ç. Mən neylədim? Özün saldın də əlindən!

V e r a N i k o l a y e v n a (yavaş-yavaş səsini qaldırır). Əlim şikəstdi bəyəm mənim? Sən

atdın özünü üstümə! Elə bil ayısan!

Ivan Ivanoviç (hirsli). Ayı özünsən!

V e r a N i k o l a y e v n a (qışqırır). Heyvərə!

Ivan Ivanoviç (qışqırır). Özünsən!

V e r a N i k o l a y e v n a (qışqırır). Pyaniskə!

Ivan Ivanoviç (qışqırır). Ifritə!

İ ş ı q s ö n ü r.

BEŞİNCİ ŞƏKİL

Isgəndərzadələrin evi.

Isgəndərzadə dərin sarsıntılar keçirir.

133

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!