16.11.2014 Views

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

K a t i b ə (mizin üstündəki telefon dəstəyini götürərək). Hə, alo!.. Heç, əşşi... Əhmədi ixtisar

elədilər... (Acıqlı.) Əlbəttə, Əhmədi!.. Yox bir, məni! Burda yetənə yetirdi, yetməyənə daş atırdı.

Teatrı qaldırmaq istəyirdi... (Gülür.) Indi getsin vağzalda meşok qaldırsın!

A r t i s t (ayağa qalxaraq heç kimə məhəl qoymadan).

Ona inanıram varlığım kimi...

Sənə tapşırıram mən sevgilimi,

Sədaqətli Yaqo...

Gedir.

Ə h m ə d. Mənim dayım bu işi belə qoymayacaq!

Gənc aktrisa. Dayına bizdən atəşin salam!

Ə h m ə d. Mənim dayım...

D i r e k t o r. Get-get, əzizim, get, dayın sənə başqa iş tapsın!..

Ə h m ə d. Yaxşı...

Leytenant, Montano daha bəsdir, bəs!

Dayanın, cənablar, qan tutub sizi?

Qəbul otağından çıxır.

Katibə. Nə?

Əhməd. Yoxsa unutdunuz vəzifənizi?

Katibə (telefon dəstəyinə). Deyəsən, bu yazığın başı xarab olub...

Əhməd. Qoy dayım gəlsin bura, onda görərik kimin başı xarab olub?!

Katibə. Ay yazıq! Sənin elə dayın olsaydı, indi heç ixtisara düşərdin, hə?

Əhməd. Görərsiz də!

General danışır sizinlə axı,

Ayıbdır, qılıncı salın aşağı!..

Gedir.

Direktor (açıq qapıdan onun ardınca baxa-baxa). Bu nə səfehləyirdi belə? Nə general?

Baş rejissor. O demirdi.

Direktor (təəccüblə). O demirdi? Bəs kim deyirdi?

Baş rejissor. Şekspir! Yaqonun sözləriydi! (Qəbul otağına çıxıb səhərdən bəri əlində portfel

orada dayanmış Müəllifi görür.) O-o-o!. Əziz dost!.. Gəlmisən?!

Direktor. Yaqo? Vallah, teatr ki, teatr!..

Nəqərat. Teatr!.. Teatr!..

Teatr!.. Teatr!..

Xorun üzvləri bir göz qırpımında səhnəyə səpələnirlər.

- Bir üzü gülər,

Bir üzü ağlar!

- Sevinc, qəzəbi

Vulkan tək çağlar!

- Min bir üzü var,

Bax, o maskanın!

- Səbri daşanda,

Onu da atır!

179

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!