16.11.2014 Views

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

D a y ı (kürsüdə oturub başını bulayır, yəni ki yox). I-ı-ı!..

Baş rejissor. Silvana?

D a y ı (yenə başını bulayır). I-ı-ı!..

B a ş r e j i s s o r. Bəs kim?

D a y ı. Özüm.

B a ş r e j i s s o r. Mənnən nə istəyirsən?

D a y ı. Ixtisar...

Baş rejissor. Nə?

D a y ı. Ixtisar məsələsi...

Baş rejissor. Ixtisar məsələsi? Nə ixtisar məsələsi? Kimin ixtisarı?

D a y ı. Bizim o uşağın...

B a ş r e j i s s o r. Uşağın? Hansı uşağın?

D a y ı. Onun də...

Baş rejissor. Yoxsa... yoxsa Əhmədi deyirsiz?

Dayı (başını tərpədib təsdiq edir). Hı-ı-ı!..

Baş rejissor. Dayı, dayı deyirdi, o sizsiz?

D a y ı (başını tərpədib təsdiq edir). Hı-ı-ı!..

Baş rejissor. A kişi, belə de də!.. Yoxsa ki, bu yaşda adamsan, başlamısan ki (Dayının caz

oynamağını, yamsılayır.) vi-vu-vu, bam-bom-bam, day nə bilim, nə!.. Vallah hamısı bunun işləridi!

Bu partokratın! (Direktorun otağına tərəf işarə edir.) Bunun! Bu ixtisar eləyib, mənnik bir iş

yoxdur! (Dayı ilə üzbəüz oturur.) Əhməd istedadlı cavandı! Mən nə qədər müdafiə elədim, olmadı!

D a y ı (yerindən qalxıb guya ki, maşın sürür). Vır-r-r!.. Bap! Bap!.. Ba-bap!..

Baş rejissor. Yenə bu nədi belə?

D a y ı. Maşındı də!.. (Mizin arxasında, Baş rejissorun yerində əyləşir.) Sizin maşın!

Korbürator! Gəncədən artist Rza Balazadənin alıb sizə göndərdiyi korbürator. (Mizin üstündəki o

gözəl nemətləri örtən qəzeti götürüb səliqə ilə kənara qoyur.) Yazıq hələ də oturub gözləyir ki, onu

nə vaxt Bakıya, teatra dəvət edəcəksiz... Bap!.. Bap!.. Vır-r-r!..

Baş rejissor (get-gedə artan bir təlaşla). A kişi, vallah, bu, o partokratın işidi! Inanmırsız

mənə?

Dayı mizin dolabından arağı, qədəhi çıxarır, işıqda diqqətlə arağa baxır, sonra yavaş-yavaş qədəhə süzür.

Elə bilirsiz burda asandı baş rejissor olmaq? Mən ona... Mən ona Hamleti vermək istəyirdim!

D a y ı (qədəhi qaldırır).

Yox, Horatsio, səndə mərdlik vardırsa,

Qədəhi mənə ver!.. Mənə ver onu!..

(Qədəhi başına çəkir, sonra mizin üstündəki nemətlərdən bir-iki tikə götürür.)

Ax, bu sirləri heç kəs bilməsə,

Gələcək nəsillər arasında, ah,

Qara şərəfsizlik qaplayar məni...

(Yenidən qədəhə araq süzür.)

Direktor. Sancır!.. Sancır dalağım, sancır! Gözüm heç su içmir!.. Içmir!..

D a y ı (arağı içir).

Lakin dostumsansa, sən öz ömrünü

Səadətlə yaşa, nadan dünyada

Qəlbin ağrısa da...

204

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!