16.11.2014 Views

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Ə l i a b b a s k i ş i. Məktəbə gedəndə biləcəksən. O kişi deyib ki, qoca-müstəğniyi-sərvət də

olsa, qolunda bir cocuqca qüvvət olmaz! Başa düşdün? Allah Mirzə Ələkbərə rəhmət eləsün, bilib

ki, nə deyir! Allah Mirzə Səttara da rəhmət eləsün, Sabirin dəlisi idi, şerləri dilindən düşmürdü...

Çünki elə özü də, Sabir kimi, xalqını sevən adam idi... Ələkbər, indi ki, gəlmisən, qoy sənə bir sirr

açım. Bilirsən də, indi XX əsrin birinci yarısıdı. Əsr bilirsən nə deməkdi? O bədbəxt oğlu, bədbəxt

Balakərim başa salmayıb sənə, əsr nə deməkdi? Əsr, yəni yüz il deməkdi. Sən XXI əsrdə

yaşayacaqsan, onda indiki məndən cavan olacaqsan. Bir də gördün ki, Ələkbər, onda Dəccəl zühur

elədi, dedi ki, mən Mehdiyəm. Onda, sən, Ələkbər, bil ki, yalan deyir. O köpəyoğlu Dəccəl Mehdi

döyül. Mehdi Sahibi-Əzzaman sonra zühur eliyəcək. Yaxçı, Ələkbər? Allah qoysa, XXI əsrdə

mənim bu sözlərimi yaduva salarsan. Onda bəlkə məni də yaduva saldun. Yaxçı, Ələkbər?

Ə l ə k b ə r. Yaxçı. (Evdən çıxır.)

X a n ı m a r v a d (pəncərədən boylanır). Nə oldu, Ələkbər, necədi kişi?

Ə l ə k b ə r (həyətdən). Yaxçıdı, ancaq öskürür.

X a n ı m a r v a d. Qoca, ay Qoca, gəl bir az keçi piyi götür, get, kişinin belinə sürt, qoy

soyuqdəyməsini çəkib canından çıxartsın.

Qoca pilləkənlə yuxarı qalxır.

X a n ı m a r v a d (deyinir). Yazıq Həlimə öləndən sonra bu qaragün kişinin işi Allaha qalıb!..

Işıq yalnız Ələkbərgilin evinə düşür.

Ə l ə k b ə r. Ana, Məmmədbağır kim olub?

S o n a. Heç kim, yat!

Ə l ə k b ə r. Bilirəm, Əlabbas kişinin oğlu olub.

S o n a. Uşaqsan, uşaq işinnən məşğul olginən də... Demirəm sənə ki, yatginən.

Işıq sönür.

ON DÖRDÜNCÜ ŞƏKİL

M ü ə l l i f, Ə l ə k b ə r, Ə l i a b b a s k i ş i, B a l a k ə r i m,

I b a d u l l a, S o n a, Ə d i l ə, M e y r a n q u l u, M o l l a Ə s ə d u l l a.

Məhəllə. Səhər. Yağış yağır.

Işıq Müəllifin üzərinə düşüb.

M ü ə l l i f. O gecə axtarışından sonra, Məmmədbağır bir də heç vaxt evlərində qalmadı. Qısa

ömründə, bir də heç vaxt Əliabbas kişinin gözlərinə görünmədi. Həmin o yağışlı payız gecəsi baş

götürüb evdən gedən oldu. Xəbər gəldi ki, nəşəxorlara, qumarbazlara qoşulub, pul uduzub, vermir,

qaçıb haralardasa gizlənir və o axtarışdan iki il sonra, 1929-cu ilin bir qış səhərində məhəllə

adamları tut ağacının dibində Məmmədbağırın meyitini tapdılar. Hardasa içib, döyülüb, gecə bu tut

ağacının altına gəlmişdi və burada ölmüşdü... Mən, əlbəttə, o gecə axtarışını da görməmişdim, 1929-

cu ilin o qış səhərini də görməmişdim. Amma qəribədi, mənə elə gəlirdi, elə bil, bütün bunların, yəni

eşitdiyim bu hadisələrin hamısını öz gözlərimlə görmüşəm...

Səhnə işıqlanır. Məhəllə camaatı Məmmədbağırın meyitinin ətrafına yığışıb. Əliabbas kişi yaxınlaşır. Hamı

aralanır. Əliabbas kişi oğlunun meyitinə baxa-baxa bir müddət susur.

Pauza.

363

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!