16.11.2014 Views

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Züleyxa(ayağa qalxaraq). Dur, Gülya, dur gedək. (Ədiləyə işarə ilə) Bunun qəsdi ürəyimizi

sıxıb suyunu çıxarmaqdır. Özümüz gedək kinoya.

Gülzar(əvvəlki ironiya ilə). Elə bilək ki, yenə on yeddi yaşımız var. Bığ yeri təzəcə tərləmiş

oğlanlarla flirt edək. Ürəkdən gülək.

Z ü l e y x a. Istəsək də edə bilməyəcəyik, istəsək də ürəkdən gülməyəcəyik. Dodağımız ki,

qaçacaq – kifayətdir. Ürəkdən gülmək bizə heç lazım da deyil. Neyləyirik? Nəyimizə gərəkdir?

G ü l z a r. Doğrudan da. «Gülən adam» deyilik ki. (Ədiləyə) Privet. Bizim adımızdan Xəlil

müəllimə üzrxahlıq elə ki, vacib işimiz olduğuna görə onu gözləyə bilmədik.

Ə d i l ə. Mütləq.

Gülzar ilə Züleyxa gedirlər. Ədilə otaqda var-gəl edir, pəncərədən baxır, radionu yandırır, yenə söndürür,

sonra gəlib divanda oturur. Yavaş-yavaş tamamilə fikrə dalır. Qara frak geymiş Skripkaçı əlində skripka səhnəyə

daxil olub, Ədiləyə yaxınlaşır, onun başı üzərində dayanıb çalmağa başlayır. Səhnə qaralır, işıqlananda artıq sağ

küncdə oturub corab toxuyan Qarı yoxdur. Birdən Kişi içəri girir.

Ədilə onu görcək ayağa sıçrayır.

Ə d i l ə. Siz gəldiniz? Mən bilirdim ki, siz gələcəksiniz. Mən sizi gözləyirdim. Bilirdim ki,

evə də gələcəksiniz. Gəlin, gəlin əyləşin.

Kişi(gülümsəyir). Siz əsl ev sahibəsinə oxşayırsınız.

Ə d i l ə. Doğrudan? Mən bu saat əsl ev sahibəsi kimi sizə qulluq edəcəyəm. Qəhvə

dəmləyimmi? Ya çay içirsiniz? Bəlkə şampan partladaq? Elə bilək ki, Yeni il gəlib, Yeni il

axşamıdır, biz sizinlə ikimiz Yeni ili qarşılayırıq, musiqiyə qulaq asırıq, rəqs edirik, hə?.. Istəyirsiniz

siz Şaxta baba olun?

Kiçik pauza.

Bəlkə sizin məktubunuz gəlmədiyi üçün dilxor olmusunuz?

K i ş i. Yox, bu məktub, onsuz da, gələcək – tez-gec. O zaman daha biz görüşməyəcəyik.

Çünki daha bir-birimizə lazım olmayacağıq.

Ə d i l ə. Yox, yox. Istəmirəm. Mən sizdən ayrılmaq istəmirəm. Mən həmişə sizinlə olmaq

istəyirəm. Siz olmasanız... Siz olmasanız, artıq hər şey bitər.

Kişi(gülümsəyir). Yox, belə deyil.

Ə d i l ə. Mən o məktubu sizə verməyəcəyəm. Mən o məktubu sizdən gizlədəcəyəm. Mən o

məktubu cıracağam.

K i ş i. Yox, siz məktubu cırmayacaqsınız, siz o məktubu gizlətməyəcəksiniz, çünki bilirsiniz

ki, mən o məktubu gözləyirəm.

Ə d i l ə. Düzdür...

K i ş i. Indi isə geyinin. Geyinin, çıxaq gəzməyə. Mən sizi gəzməyə dəvət edirəm.

Ə d i l ə. Doğrudan? Mən bu saat geyinərəm. Biz sizinlə yağışın altında gəzəcəyik. Dünyada

bizdən başqa heç kim olmayacaq. Təkcə biz olacağıq. Ancaq özümüz (Qaça-qaça səhnədən çıxır və

əynində plaş tez də qayıdır.) Gedək. Gedək gəzək. Səhərə kimi gəzək. Unudaq hər şeyi. Elə bilək ki,

hər şey həqiqətdir.

Işıq yavaş-yavaş sönür. Qara frak geymiş Skripkaçı skripkanı ehtiyatla – elə bil qorxur ki, bu saat kimi isə

yuxudan oyadacaq – boynundan götürüb barmaqlarının ucunda səhnədən çıxır. Artıq işıq yalnız onların ikisinin

üstünə düşür.

111

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!