16.11.2014 Views

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Maldarlıq deyil e, sənətdir, sənət!

D i r e k t o r. Ay zalım!.. Ay zalım!.. Gör bir necə çalır e!.. O gözəl keçmiş zamanlar adamın

yadına düşür! Adamın gözünün qabağına gəlir!.. Of-of!..

Pauza.

Of!.. (Cibindən dəsmal çıxarıb dolmuş gözlərini silir.)

G ə n c a k t r i s a (ingilis dilində əzbərləyə-əzbərləyə gəlir). May lord iz not may lord...

Katibə (acıqlı). Gəldi gözəlçə!.. (Telefon dəstəyinə) Sənnən deyiləm...

G ə n c a k t r i s a. No-o-o şuld ay nou him... (Direktorun kabinetinə tərəf gedir.)

Katibə. Məşğuldu! (Telefon dəstəyinə) Sənnən deyiləm.

Zurnanın səsi isə Direktorun lap atasını yandırır.

D i r e k t o r. Eh... Kim idin, indi gör gəlib kim olmusan?! Hayıf o keçən günlərdən!.. Qədrini

bilmədik o günlərin!.. Bilmədik, bilmədik!.. (Dolmuş gözlərini silir.)

G ə n c a k t r i s a. Vuee hi in feyvə əs in hyumə ol-təd... (Qəflətən Direktorun kabinetinin

qapısını açıb içəri girir.) Salam!..

D i r e k t o r (diksinərək). Hə? Kimdi? (Ayağa qalxır.)

K a t i b ə. Olmaz!..

Gənc aktrisa. Oy, nə olub belə? Gözləriniz nə yaman qızarıb?

B a ş r e j i s s o r. Budur sənət!..

Gecə sehrbazları başladı artıq,

Indi ölülər qalxır öz məzarından!..

Bəla və od püskürür indi cəhənnəm!..

Budur!..

Direktor. Heç... Toz girib gözümə...

Katibə (telefon dəstəyinə). Sənnən deyiləm... Burda biri var, Dezdemonanı oynamaq istəyir.

Rol vermirlər ona. Indi ingiliscə öyrənir ki, Mehdiqulu ona rol versin Amerikada!.. Mehdiqulu?

Heç, biri var...

D i r e k t o r. Yenə nə lazımdı?

Gənc aktrisa. Dezdemona!

Direktor. Nə?

G ə n c a k t r i s a. Dezdemona! Siz o rolu mənə verməlisiz!.. Mən səhnədə Dezdemonanı

oynamalıyam!.. Mən Dezdemona ilə yaşayıram! Mənim üçün yox, heç olmasa tamaşaçılar üçün edin

bunu!..

D i r e k t o r. Qulaq asın...

Gənc aktrisa. Sonra gec olar!.. Mehdiqulu bəy onsuz da məni Amerikaya dəvət edəcək! Onda

siz xəcalət çəkəcəksiniz!

Direktor. Mehdiqulu?

G ə n c a k t r i s a. Yoxsa siz hələ Dayını tanımırsız?

Direktor. Vallah, mən sizin danışığınızdan heç nə başa düşmürəm!

Gənc aktrisa. Eybi yox! Əhmədi teatra qaytaranda başa düşərsiz!

Direktor. Əhmədi? (Gülür.) Əhməd getdi e!..

Gənc aktrisa. Xeyr!

193

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!