16.11.2014 Views

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Ş ə f q ə t b a c ı s ı. Yox! Mən sizə qarşı belə bir hörmətsizliyə daha dözə bilmərəm! Qoy bu

yazıqlar, bu misgin insanlar bilsinlər ki, siz kimsiz!

P r o f e s s o r. Deməyin... Rica edirəm sizdən...

K a t i b ə (hövlnak içəri girərək). Oy, nə olub burda? Bunlar kimdi?

Ş ə f q ə t b a c ı s ı (təbii ki, indi ona heç bir söz təsir edə bilməz). Yox! Qoy bilsinlər! O...

(Barmağını uzadıb başını aşağı salaraq məyus dayanmış Professoru göstərir.) O...

Pauza.

Musa peyğəmbərdi!

Ə d ə b i i ş ç i. Nə? (Şübhə ilə bayaqdan sinəsinə sıxdığı kağızlara baxır.)

Ş ə f q ə t b a c ı s ı (təntənə ilə). Bəli! Musa peyğəmbər!

P r o f e s s o r (dəruni bir kədərlə Şəfqət bacısına). Siz gərək bu sirri açmayaydız...

Ş ə f q ə t b a c ı s ı. Mən günah elədim! Bəli! Mən sizin sözünüzdən çıxdım! Ancaq qoy

bilsinlər! Qoy bilsinlər ki, siz əslində kimsiniz!

P r o f e s s o r (pərişanlığını gizlədə bilmir). Hər halda, bu sirr gərək açılmayaydı...

K a t i b ə. Oy, Musa peyğəmbər!.. Katibəsi də yanında! Baş redaktora demək lazımdı!

(Tələsik səhnədən çıxır.)

P a n t e l e y m o n P o l i k a r p o v i ç (Professora baxaraq). Moisey?.. Ne pomnyu... (Daha

artıq diqqətlə baxır.) Vallax, ubey, ne pomnyu!..

S i y a s i i c m a l ç ı (gülümsəyərək, öz-özünə). Eh, KQB, KQB!.. Sənin metodların dəyişmir

ki, dəyişmir...

M ə s u l k a t i b (yavaşdan). Deyəsən, ayılmaq təhlükəsi var... (Maraqla bərkdən) Onda

bunun neçə yaşı var?

Ş ə f q ə t b a c ı s ı. Onun yaşı yoxdu! Onun varlığı sizin yaşadığınız bu misgin aləmin

meyarlarına sığmır! Onun yaşı...

P r o f e s s o r (onun sözünü yarımçıq kəsərək). Lazım deyil... Onsuz da bu adamlar bunu dərk

edə bilməyəcəklər!..

Pauza.

Ş ə f q ə t b a c ı s ı (dəruni bir pərişanlıqla). Elədir... Həmişəki kimi, siz yenə də düz

buyurursuz, Professor!..

P a n t e l e y m o n P o l i k a r p o v i ç (Şəfqət bacısına baxır). Da!.. Da!.. Ona Şarabanu!

Moya Şarabanu! (Qışqırır.) Şarabanu!

Ş ə f q ə t b a c ı s ı. Çto?

P a n t e l e y m o n P o l i k a r p o v i ç. Tı moya Şarabanu! Jena moya nezabvennaya!

Tuman altda xal da var! Vot zdes! (Öz yanını göstərir.)

Ş ə f q ə t b a c ı s ı (iki əlilə də Panteleymon Polikarpoviçin başına kül eləyir). Ala!..

İ ş ı q s ö n ü r.

ONUNCU ŞƏKİL

Redaksiya otağı. P r o f e s s o r, Ş ə f q ə t b a c ı s ı,

M ə s u l k a t i b, S i y a s i i c m a l ç ı, Ş ö b ə m ü d i r i,

Ə d ə b i i ş ç i, P a n t e l e y m o n P o l i k a r p o v i ç,

B a ş r e d a k t o r, K a t i b ə.

245

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!