16.11.2014 Views

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Müxbirlər Əsədullanın başına yığışır və tək qalmış Əhməd bəylə Mehdiqulu bəy bir-birlərinə baxırlar.

M e h d i q u l u b ə y (Əsədullaya işarə ilə). Baba, bu nəmənədi?

Ə h m ə d b ə y. Həmişə danışar... e-e-e... yemək! Balık! Pilov! Kaver! Dolma! Yaqin... e-

e-e... aşpaz!

Operator(Əsədullanı çəkərək). Qabağımdan çəkilin! «Günün ekranı»...

Ə s ə d u l l a. Azərbaycansız bizim bir günümüz olmasın! (Get-gedə daha da qızışaraq)

Bizim borcumuzdur ki, doğma Azərbaycanımızın uğrunda neyniyək?

E y n ş t e y n. Çalışaq!

Ə s ə d u l l a. Bəli, çalışaq! Azərbaycan, ana vətən!

Fotoqraf oğlan(Əsədullanın şəklini çəkə-çəkə). Bu adam necə də vətənpərvərdir, Ilahi!

Fotoqraf qız(Əsədullanın şəklini çəkə-çəkə). Ona görə də biz məğlubedilməzlərik!

Birinci m ü x b i r. Biz Babək nəsliyik!

Ə s ə d u l l a. Yaşasın Koroğlu!

Əhməd bəy(heyrətlə). Allah!.. Allah!..

Həyətə girən Isgəndərzadə müxbirləri görüb tələsik evinə tərəf əkilmək istəyir, amma müxbirlər imkan vermirlər.

Ikinci m ü x b i r (Isgəndərzadəyə yaxınlaşır). Siz də, deyəsən, bu həyətdə yaşayırsız?

I s g ə n d ə r z a d ə. Mən?.. Bəli... Nə olub ki?

Birinci müxbir. Sizin hələ xəbəriniz yoxdu?

Ikinci müxbir. Əhməd bəy ABŞ-dan iki «Boinq» sərnişin təyyarəsi alıb Azərbaycana

bağışlayıb!

I s g ə n d ə r z a d ə (heyrətlə). Öz puluna?

Üçüncü müxbir. Bəs kimin puluna?

I s g ə n d ə r z a d ə. Deməli, o, həqiqətən, milyonçudu?

Birinci m ü x b i r. Əlbəttə! Yalançı milyonçu da olur?

Operator. Çəkilin! Qabağımdan çəkilin!

Birinci müxbir (Isgəndərzadəyə). Siz Əhməd bəylə ünsiyyətinizdən nə deyə bilərsiniz?

Ikinci m ü x b i r. Mənim də sualım var: Əhməd bəydə böyük vətən məhəbbəti yaranmasında

sizin rolunuz?

I s g ə n d ə r z a d ə (özünü itirib). Siz... Mən.. Idarədə! Bəli, idarədə! Gəlin idarəyə,

suallarınızı yazılı şəkildə təqdim edin...

Fotoqraf oğlan. Aydındır! Bu adam partokratdır!

Ə s ə d u l l a. Özü də lap yekəsindən! Alə, QKÇP-ni müdafiə edirdi! Yanayevə təbrik

teleqramı vurmuşdu!

I s g ə n d ə r z a d ə. Yalandır! Mən həmişə demokratiya tərəfdarı olmuşam! (Əsədullaya)

Antipod.

Ə s ə d u l l a. Antipod vaxtı qurtardı day! Indi bazar iqtisadiyyatıdı! Day antipod yoxdu!

Demokratiyadı!

Əhməd bəy. Allah!.. Allah!..

I s g ə n d ə r z a d ə. Rüşvətxor! Mən sənin kimi rüşvət almıram!

Ə s ə d u l l a. Bacarmırsan, ona görə almırsan. Bacarsan, elə alarsan!..

M e h d i q u l u b ə y (səhərdən bəri mat-mat ona-buna baxa-baxa). Baba, bunlar nə danışır

belə?

Əhməd bəy (özünü göstərərək). O da başa düşdü yok!

Fotoqraf qız(Isgəndərzadəyə). Elə bil ki, siz nədənsə qorxursunuz?

Ə s ə d u l l a. Əlbəttə!

E y n ş t e y n. Əsədulla məllim düz deyir!

162

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!