16.11.2014 Views

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

I s g ə n d ə r z a d ə. Ah, Lenin!.. Lenin!.. (Otaqda var-gəl edir.) Son zamanlar tərəddüdlər

burulğanından çıxa bilmirəm!.. Kimin ağlına gələrdi, kimin?.. Partiya sarsılıb!.. Axmaq QKÇP heç

nə eləyə bilmədi!.. Bu Baş katibin əməllərindən heç şeytan da baş aça bilməz! Ah, Lenin!.. Lenin!..

Partiya solub... saralıb... Kommunizm idealları ayaqlar altına düşüb... Bəlkə... Bəlkə mən də səhv

etmişəm? Bəzən tərəddüdlər ucsuz-bucaqsız kolxoz tarlalarına ziyan vuran gəmiricilər kimi, mənim

bütün mənəviyyatımı gəmirir! (Ayaq saxlayır. Həyəcanla) Leninizm nədir? (Təzədən var-gəl edəedə

leninizmin tərifini birnəfəsə deyir.) Leninizm imperializm və proletar inqilabları dövrünün,

müstəmləkəçiliyin süqutu və milli azadlıq hərəkatlarının qələbəsi dövrünün, bəşəriyyətin

kapitalizmdən sosializmə keçməsi və kommunizm cəmiyyəti qurulması dövrünün marksizmidir!

(Ayaq saxlayır. Dərin həyəcanla) Yaxşı, leninizm əyər marksizmdirsə, bəs onda niyə adı

leninizmdir? Bax, bundadır məsələ! Bundadır! (Var-gəl edir.) Budur mənə əzab verən! Budur məni

sarsıdan!.. Ah, Lenin!.. Lenin!.. Insan öz-özünə nə qədər sual verər. Mən sənin əsərlərini yenidən

vərəqləyirəm... Doğrudanmı mən işıqlı kommunizm ideallarında yanılmışam? (Eşikdən səs-küy

eşidib dayanır.) Yenə bu nə səsdi belə? Təzədən başladı?

İ ş ı q s ö n ü r.

ALTINCI ŞƏKİL

Xor.

Səhnə yenə də tamam qaranlıqdır və işıq da yalnız sol

küncdə plakatın üstünə duşüb.

Məkan – Bakı şəhəri.

Zaman – 1991-ci il, avqustun sonu.

Birdən işıq sönür və dərhal da səhnənin ortasındakı plakaın üstünə düşür: eyni sözlər. Işıq sönür və təzədən

səhnənin küncünə düşür: eyni plakat, eyni sözlər. Və beləliklə, işıq bir neçə dəfə yanıb-sönərək bütün səhnə

boyunca orda-burdakı eyni plakat sözlərini işıqlandırır.

X o r.

– Is-te-fa!

– Is-te-fa!

– Is-te-fa!

– Müstəqillik!

– Azadlıq!

– Sapı özümüzdən olan baltalara

ar olsun!

– Ar olsun!

– Ar olsun!

– Ar olsun!

– Istiqlal, yaxud ölüm!

– A-zər-bay-can!

– A-zər-bay-can!

– A-zər-bay-can!

İ ş ı q s ö n ü r.

YEDDİNCİ ŞƏKİL

Isgəndərzadələrin evi. Isgəndərzadə, Gülər

xanım, Gülbəniz, Nurbəniz.

Isgəndərzadə otaqda var-gəl edə-edə eləcə sarsıntılar keçirməkdədir.

134

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!