16.11.2014 Views

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Y o l d a ş T ə k. Sən öləsən, fırıldaqlarından baş açmaq olmur də!..

B a b a. Psixdirlər, Yoldaş Tək.

Y o l d a ş T ə k. Xeyr lotudurlar, lotu. Baba!

B a b a. Bəli, Yoldaş Tək.

Y o l d a ş T ə k. Sənin şüurun nə vaxt inkişaf edib normal hala düşəcək?

Baba(bir az fikirləşdikdən sonra). Bilmirəm, Yoldaş Tək.

Y o l d a ş T ə k (barmağı ilə ona işarə edərək). Yaxın gəl. (Baba gəlib lap Yoldaş Təkin

burnunun altında dayanır. Babanın qulağına) O, buradan çıxır. Nə üçün? (Baba gözlərini

bərəldərək Yoldaş Təkə baxır, yəni ki, bilmirəm. Barmağı ilə Babanın başına taqqıldadır.) Baş deyil

e, külqabıdır. (Yenə ağzını Babanın qulağına dirəyir.) Çünki ona yağlı yer boyun olubdur, başa

düşdün?.. Yəqin yoldaş Məlikməmmədov şəxsən özü boyun olub. (Ədilə gedən tərəfə işarə edərək).

Belə xanımdan kim keçər?

Baba(əlini əlinə çəkərək ekstazla). Pəh! Əntiqə şeydir. Sən öləsən... Alaram onun ağrısını!..

Y o l d a ş T ə k (acıqlı). Baba!

Baba(tez özünə gələrək). Bəli, Yoldaş Tək!

Y o l d a ş T ə k. Özünü unutma!

B a b a. Baş üstə, Yoldaş Tək!

Y o l d a ş T ə k. Get otur yerində!

B a b a. Baş üstə, Yoldaş Tək! (Qaça-qaça öz yerinə gedir).

YEDDİNCİ ŞƏKİL

Ədilənin evi. Ədilə divanda əyləşib siqaret çəkir. Yanında çamadan var. Hiss olunur ki, o, getməyə hazırlaşıb,

indi yəqin ki, Xəlili gözləyir. Qarı yenə də səhnənin sağ küncündə öz köhnə kürsüsündə əyləşib corab toxuyur.

Bayır qapısı açılıb-örtülür. Arakəsmədən Xəlilin səsi gəlir.

Xəlilin səsi. Ay-na-na-nay-na-nay-na-na-nay-nay-nana-nay-nay-nay-na-na-nay... (Içəri girir.)

Boy, mamoçka, sən gəlmisən? Nə tez gəlmisən belə, canım-ciyərim? Qoy bir səni maç eləyim...

(Ədiləyə tərəf gedir.)

Ə d i l ə (ayağa qalxır). Lazım deyil.

X ə l i l. Əşşi, qoy bir maç eləyim də. (Ədiləni öpmək istəyir.)

Ə d i l ə (kənara çəkilərək). Yox, Xəlil...

X ə l i l. Yaxşı, mamoçka, bizimki qalsın gecəyə... Bay, yenə papiros çəkirsən? Ay mamoçka,

zərərdi axı... (Mizin üstündəki külqabıya baxır.) Özü də gör neçəsini çəkmisən... Sən mənim

ölmüşüm, canına qəsd eləmə, tulla getsin...

Ə d i l ə. Qulaq as, Xəlil...

X ə l i l. Sən Xəlilin canı, az çək papirosu, mamoçka... Yəqin tez gəlmisən, darıxmısan, hə?

Mən tez-tez gəlirdim ki, bir şey hazırlayım səninçün, işdən qayıdanda əlqaf eləyəsən. (Çamadanı

görür.) Bu nə çamadandır belə, mamoçka, indidən hazırlaşırsan kurorta? Ay sənin canını yeyim.

Sən mənim canım, qoy bir dəfə maç eləyim səni. (Ədiləyə yaxınlaşıb öpmək istəyir.)

Ə d i l ə (kənara çəkilərək). Qulaq as, Xəlil, mən gedirəm.

Kiçik pauza.

Xəlil(gizli bir təşvişlə). Hara gedirsən, mamoçka?

Ə d i l ə. Həmişəlik gedirəm, Xəlil.

Pauza.

119

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!