16.11.2014 Views

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

M i l i s n ə f ə r i. Birdən hər şey ola bilər. Birdən mən burada yıxılıb ölə bilərəm, nə olsun?

Al, bir tikə çörək ye, ay tərs arvad, səhərdən acsan.

X a n ı m a r v a d. Çox sağ ol! Özün ye! Get çörəyini ye, nuş olsun! Səndən çox razıyam.

Yaxçı adamsan sən.

İ ş ı q s ö n ü r.

ONUNCU ŞƏKİL

M ü ə l l i f, X a n ı m a r v a d, Sinelli kişi, M i l i s n ə f ə r i.

Küçə. Səhər.

Işıq yalnız Müəllifin üzərinə düşüb.

M ü ə l l i f. Arvadlar ya həyətdə bir yerə yığışanda, ya bizim evdə söhbət edəndə tez-tez

məhəlləmizin keçmişindən söz salırdılar və mən bilirdim ki, Xanım xalanın Abuzər adlı bir qardaşı

olub və həmin Abuzər Fatma xalaya aşiq olub. Amma Fatma xala, Ədilənin anası, Abuzəri

bəyənməyib, papaqçı Əbülfətə, yəni, Ədilənin atasına ərə gedib. Əbülfət əminin Ədilədən başqa,

dörd qızı var idi. Ədilə isə ən kiçiyi idi. Xanım xala özü arvadların yanında olanda, arvadlar

doyunca qeybət eləyə bilmirdilər və qeybət vaxtı hərdənbir qapıya baxırdılar ki, birdən Xanım xala

içəri girər. Mən məhəlləmizdəki arvadların hamısının gülməyini də çox görmüşdüm, ağlamağını da.

Amma Xanım xalanın ürəkdən gülməyini də xatırlamıram, haçansa ağlamağını da. Təkcə bir dəfə

onun gözündə yaş gördüm. Mən Xanım xalanın qardaşının, Abuzərin yalnız şəklini görmüşdüm. Və

əvvəlcə elə bilmişdim ki, Qocanın şəklidir. Xanım xaladan soruşmuşdum: «Qocadır?» və Xanım

xalanın gözlərindən süzülən o iki gilə göz yaşını onda gördüm.

Pauza.

Bütün məhəllə Əbdüləlinin yolunu gözləyirdi. Xanım arvad dördüncü gün yenə də həmin idarənin qabağına

getdi.

Bütün səhnə işıqlanır. Xanım arvad binanın qarşısında gəzişir.

Milis nəfəri köşkün içində termosdan özünə çay tökür.

M i l i s n ə f ə r i. Gəl sən də bir stəkan isti çay iç, qızış bir az.

X a n ı m a r v a d. Çox sağ ol, sən özün içginən.

M i l i s n ə f ə r i. Mən necə içim? Boğazımdan keçmir axı. Görürəm ki, sən orda səhərdən

axşamacan soyuqda ayaq üstə dayanmısan. Necə içim?

X a n ı m a r v a d. Iç, qardaş, iç. Nuş olsun. Mənə baxma. Ancaq bircə dənə xahişim var

sənnən. Buranın böyüyünü göstər mənə.

M i l i s n ə f ə r i. Görürəm ki, yaman arvadsan, əl çəkən deyilsən. O şinelli kişi var a,

maşından düşüb işə gəlir, buranın böyüyü odur. Iki aydı rəis qoyublar. Yaman adamdı! Sən

Ətağanın cəddi, arvad, ancaq xatanı məndən uzaq elə. Mən sənə heç nə deməmişəm. Hə?

X a n ı m a r v a d. Sən nə dedin ki, məndən soruşursan?

Maşın səsi gəlir. Qapı açılıb örtülür. Şinelli kişi gəlir. Milis nəfəri tələsik köşkdən çıxıb mil dayanır. Xanım arvad

tələsik ona yaxınlaşır.

Dayan bir!..

Ş i n e l l i k i ş i. (təəccüblə). Nədir? Nə istəyirsən, ay arvad?

Milis nəfəri həyəcanla Xanım arvada qaş-göz eləyir, yəni ki, sus.

359

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!