16.11.2014 Views

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Papanin adına Rayon Mədəniyyət Evinin klubu ağzına qədər doludur. Klubun divarlarından

qırmızı parça üzərində iri hərflərlə yazılmış şüarlar asılıb: «ŞANLI RƏHBƏRIMIZ, ATAMIZ

STALIN YOLDAŞA EŞQ OLSUN!», «XIX PARTIYA QURULTAYININ TARIXI

QƏRARLARINI HƏYATA KEÇIRƏCƏYIK!», «SOVET BƏDƏN TƏRBIYƏÇILƏRINƏ EŞQ

OLSUN!» , «YAŞASIN DÜNYA ZƏHMƏTKEŞLƏRININ SEVIMLI RƏHBƏRI DAHI

STALIN!», «XOŞBƏXT HƏYATIMIZ ÜÇÜN ƏZIZ ATAMIZ STALIN YOLDAŞA

MINNƏTDARIQ!», «YAŞASIN ŞANLI KOMMUNIST PARTIYASI!», «YENILMƏZ MARKS –

ENGELS – LENIN – STALIN BAYRAĞI ALTINDA IRƏLI!».

Klub səhnəsinin ortasında, divardan Iosif Vissarionoviç Stalin yoldaşın marşal paltarında rəngli

şəkli asılıb. Yoldaş Stalin zala baxa-baxa gülümsəyir.

Camaat Papanin adına Rayon Mədəniyyət Evinin zalına raykomun tapşırığı ilə ordenli yazıçı

Alpaslan Qulamzadə ilə görüşə toplaşıb.

Klubun səhnəsində görüşün rəyasət heyəti, yəni rayon partiya komitəsi bürosunun üzvləri, əmək

qabaqcılı üç nəfər qadın, əmək qabaqcılı iki nəfər kişi , bir nəfər Qəhrəman ana, ordenli yazıçı

Alpaslan Qulamzadənin yaradıcılığı barədə çıxış edəcək ədəbiyyat müəllimi, pioner baş dəstə

rəhbəri, «Xoşbəxt həyatımız» adlı rayon qəzetinin redaktoru və təbii ki, Alpaslan Qulamzadənin

özü.

Zala sükut çöküb.

Yazıçı Alpaslan Qulamzadə zalda əyləşənləri sıra-sıra təmkinlə nəzərdən keçirir. Yazıçı Alpaslan

Qulamzadə özü öz böyüklüyünü hiss edir.

Zalın yeganə qapısı ağzında Əliquliyev dayanıb və gözlərini yalnız Yoldaş Kərimzadəyə zilləyib

və Yoldaş Kərimzadə hər dəfə tərpəndikcə, Əliquliyevin ürəyi döyünür, çünki istəyir ki, Yoldaş

Kərimzadə bu gecə onu beləcə tez-tez görsün; bu tədbirin keçirilməsində camaatın zala

doldurulması, nizam-intizam məsələləri şəxsən Əliquliyevə tapşırılmışdı, görüşün partiya

məsuliyyətini o daşıyırdı və indi daxili bir fəxarət hissi keçirirdi ki, vəzifəsinin öhdəsindən şərəflə

gəlib; vəcdlə elə hey Yoldaş Kərimzadəyə baxır. Yoldaş Kərimzadə çox kök olduğu üçün böyük bir

əziyyətlə ayağa qalxmağa çalışır. Birdən Cəfər Ağa görünür və klubun dəhlizi ilə düz zalın qapısına

tərəf gəlir.

Ə l i q u l i y e v (təlaşla yavaşdan). Olmaz! Olmaz!

Cəfər Ağa (yavaşdan). Nə olmaz, ə?

Ə l i q u l i y e v (eyni təlaşla). Başlayır! Başlayır!

Yoldaş Kərimzadə eləcə ayağa qalxmağa çalışır.

Cəfər Ağa. Belə elə ə, çəkil!.. Görüşə gəlmişəm də!..

Ə l i q u l i y e v. Olmaz! Olmaz! Indi Yoldaş Kərimzadə özü şəxsən danışmağa başlayır!.. Püff-f...

Araq içmisən yenə?

Cəfər Ağa. Sənə nə var, ə? Avtoinspektorsan?

Yoldaş Kərimzadə, nəhayət ki, ayağa qalxa bilir.

Ə l i q u l i y e v (dəhşətli bir təlaşla). Çəkil! Çəkil! Olmaz! Kişi danışmağa başlayır!..

Y o l d a ş K ə r i m z a d ə (diqqətlə zalı nəzərdən keçirib, bərkdən). Yoldaş rayon

zəhmətkeşləri!..

Hamı dərin bir sükut və sifətlərə çökmüş eyni bir

heyranlıqla qulaq asır.

21

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!