16.11.2014 Views

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

M a h m u d. Yenə, bir oğlan gələcək...

M ə r y ə m. Mənə oxşayacaq...

M a h m u d. Görmüsən toyuq gedəndə cücələri necə dalına düşür?

M ə r y ə m. Hə, hə... Mənim balaca uşağım olacaq... O uşaq mənim döşümdən süd içəcək...

əməcək, hə?

M a h m u d. Hə... Sən ona süd verəcəksən... O, süd əmib doyacaq... Sonra sənə baxıb

güləcək...

M ə r y ə m. Hə, hə... Mənə baxıb güləcək... Acanda dodaqlarını büzəcək...

M a h m u d. Onlar çatışmır? Ağ keçi də bizimlə olacaq, hə?..

Mahmud diqqətlə kolluğa tərəf baxır.

M ə r y ə m. Sənə nə oldu?

Mahmud qəflətən kolluğa tərəf qaçır.

M a h m u d (qışqırır). Çıx oradan!.. Çıx!..

Anasının əmcəyini kəsən Ibrahim (hırıldaya-hırıldaya). Öz xoşuma gəlməmişəm... Anan

göndərib...

D a n ı ş a n. Əlbəttə nə Mahmudun, nə də Məryəmin ağlına da gələ bilməzdi ki, bu sakit, bu

geniş, bu təmiz, azad və sərbəst düzənlikdə yeddi gündür ki, Qəmərbanunun muzdla saxladığı

xəbərçilərin gözləri qabağında olublar, birinci gün qəfil yağan o yağış altında da, xəbərçilər yerə

yatıb, uzaqdan-uzağa ləzzətlə onlara tamaşa ediblər. Anasının Əmcəyini Kəsən Ibrahimin də,

Məryəmin islanmış bədəninə baxa-baxa dabaq dəymiş öküz kimi ağzının suyu axırdı...

Məryəm üzünü əlləri ilə örtüb qaçır.

İ ş ı q s ö n ü r.

DOQQUZUNCU ŞƏKİL

K e ş i ş, M ə r y ə m.

Günorta. Keşişin evi.

Keşiş təkdi, əlindəki çörəyi qabdakı südə batırıb yeyir. Məryəm həyəcanla səhnəyə daxil olur.

K e ş i ş. Sənə nə olub?

M ə r y ə m (sevincək). Sən... sən Mahmudu tanıyırsan?..

K e ş i ş (ayağa qalxır). Kimi?

M ə r y ə m (eyni sevinclə). Mahmudu də, Mahmudu!..

Pauza.

Səhnə yavaş-yavaş qaranlıqlaşır. Işıq yalnız

Keşişin üzərinə düşüb.

K e ş i ş. Məryəm... mənim təmiz, pak Məryəmim, mənim qızcığazım Məhəmməd hümmətinə

könül bağlayıb... Bu bir qəzadır... (Xaç çevirir.) Dünyada hər şeyə dözmək olar, amma dinə xəyanət

etməyə dözmək olmaz!.. Məryəm gərək bir xaçpərəsti xoşbəxt etsin, bir xaçpərəstin anası olsun!..

Çünki dünya elə dünyadır ki, xaçpərəstlərin də arasında təmizlər azalır... (Boynundan asılmış xaçı

tutur.) Bu müqəddəs xaç Məryəm kimi təmizliyin ümidindədir...

Səhnə yenə işıqlanır.

313

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!