16.11.2014 Views

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

B a l a k ə r i m, Ə l ə k b ə r, I b a d u l l a, F a t m a x a l a,

X a n ı m a r v a d, başqa məhəllə adamları.

Məhəllə. Günorta.

Ibadulla keflidir. Əlində balta var. Balakərim tütək çalır. Ələkbər, həmişəki kimi, onun yanında oturub. Xanım

arvad həyətdən keçir.

I b a d u l l a (onun ardınca). Hə, nə bilmisən sən nemesləri? O əclaf nemeslər mən ölüm, sən

öləsən bilmirlər e... Bir-bir çaxacaqlar gülləni o yaxbala oğlanlarıvun başına!

Ə l ə k b ə r (onun qabağına qaçaraq). Yalan deyirsən, köpəyoğlu!

I b a d u l l a. Köpəyoğlu sənin o həmşəri atondu! Onun da başına bir dənə güllə çaxacaqlar!

Ə l ə k b ə r. Yalan deyirsən! Yalan deyirsən!

Ibadulla səhnədən çıxır. Səhnə arxasından balta səsi gəlir, Arvadlar bir-bir evdən çıxırlar.

Ə l ə k b ə r. O neyniyir, Balakərim?

B a l a k ə r i m. Tut ağacını kəsir...

Ibadulla gəlir.

Pauza.

I b a d u l l a. Nə baxırsuz mənə, dəvə nalbəndə baxan kimi! Onu babam əkib, mən də kəsirəm,

sizə nə var?

Pauza.

Nə qalır ki, adama, bu tut ağacı da qalaydı. Ode, faşistlər oturublar Voronejdə, kef eliyirlər

özləriyçün zarazalar! Çünki bu dünya zaraza dünyadı! Adama qalan kəfəndi, o da məlum döyül,

qismət olacaq, ya yox?!

Ə l ə k b ə r (qışqırır). Sənə qismət olacaq!

Pauza.

I b a d u l l a. Elə bilirsüz mən əclafam, hə? (Ələkbərə) Bilirəm, otuz ildən sonra böyük kişi

olacaqsan. Onda da, yaduva düşəcək mənim bu ağacı kəsməyim, goruma söyəcəksən mənim. Bir

dənə zaraza vardı, deyəcəksən, Ibadullaydı o zarazanın adı, mələmizin tut ağacını kəsdi. Söy!

Sümüklərim çürümüş olacaq onda mənim!.. Ancaq bilməyəcəksüz ki, Ibadulla anası ölmüş, bu ağacı

kəsdi ki, odun eliyib aparıb satsın, balalarını dolandırsın... Bilməyəcəksüz ki, zaraza Ibadulla

döyüldü, dünyaydı zaraza... (Ağlayır.) Niyə bu zaraza dünyada adamlar adam oldu? Niyə pişiklər

adam olmadı?..

Səhnə qaranlıqlaşır. Ancaq Balakəriml ə Ələkbər görünürlər.

Ə l ə k b ə r. Balakərim, şairləri satmaq olar?

B a l a k ə r i m. Olar!

Birdən küt bir səs və qaranlıq içində qışqırıq eşidilir.

F a t m a x a l a n ı n s ə s i. Vay, evim yıxıldı!..

Səhnə işıqlaşır. Camaat həyəcan içində səhnənin arxasına qaçır.

369

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!