16.11.2014 Views

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Müəllif Baş rejissorun qapısına tərəf gedir.

Olmaz!

Müəllif. Salam.

K a t i b ə. Olmaz!

M ü ə l l i f. Icazə verin bir balaca qapını açım, məni görsün.

Katibə. Olmaz! Siz məni işləməyə qoymursunuz!

M ü ə l l i f. Təkcə görsün də məni...

K a t i b ə. Olmaz! O da işləyir, başa düşdüz? Burda işləyən tək mən deyiləm! Yaradıcılıqla

məşğuldu! «Hamlet»i işləyir!

Baş rejissor arağı içir və şüşə ilə qədəhi mizin yeşiyində gizlədir.

B a ş r e j i s s o r (kefi kök). «Moskovski» hamısından yaxşıdı!

Müəllif qapını aralayır.

K a t i b ə. Dedim ki, olmaz! (Ayağa qalxır.)

Baş rejissor (ruh yüksəkliyi ilə). O-o-o!.. Gəl, doroqoy!

M ü ə l l i f (tənə ilə Katibəyə) Gördüz?! Özü deyir ki, gəl! Şekspir kənarın dramaturqudu,

nolsun ki, onu hamı tanıyır?! Mən isə öz xalqımızın sənətkarıyam! Niyə biz sənətkarın qədrini ancaq

öləndən sonra bilirik? «Hamlet» yox e, budur bizim milli tragediyamız! (Içəri girir.)

K a t i b ə. Bunun dediyindən mən heç nə başa düşmürəm! Əlində də portfel!.. (Telefon

dəstəyinə.) Yox, sənnən deyiləm!..

Baş rejissor. Xoş gördük!.. Xoş gördük!..

Müəllif (bu cürə səmimi görüşdən şaşırıb). Dünənki restorandan sonra, deyəsən kefi kökdü!

(Bərkdən.) Salam, müəllim...

Baş rejissor. Sadis!

Müəllif əyləşir.

Camaat ət dükanının müdiridi, çaxır dükanının müdiridi, amma sən kitab dükanının

müdirisən!

M ü ə l l i f. Bəli...

Baş rejissor. O boyda bazar müdirliyini atdın, öz xoşunla, getdin oldun kitab dükanının

müdiri! Hə?

M ü ə l l i f. Bəli...

Baş rejissor. Bilirsən niyə?

M ü ə l l i f. Niyə?

B a ş r e j i s s o r. Çünki sən sənətlə nəfəs alırsan, ona görə!

M ü ə l l i f. Çox sağ olun...

D i r e k t o r. Hə!.. Olum, ya ölüm! Budur məsələ! Yadıma düşdü! Bəli! Budur məsələ!

Hamlet üçün bu sual səhnədədi, mənimçün həyatda! Kaş elə mənimçün də səhnədə olaydı, həyatda

isə yenə əvvəlki kimi, iclaslar olaydı!.. Çıxışlar eləyəydik!. Bilmədik, qədrini bilmədik o günlərin!..

Baş rejissor. Bütün günü sənin haqqında fikirləşmişəm! Sənət fədaisi!

M ü ə l l i f. Çox sağ olun...

Baş rejissor. Özü də tapmışam!

M ü ə l l i f (səksəkəli). Nə tapmısız?

B a ş r e j i s s o r. Dəvə!

197

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!