16.11.2014 Views

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Direktor. Vallah, baş açmıram ki, sizin hamınıza nə olub? Birtəhərsiz hamınız!.. Qulaq asın!

Siz bilirsiz ki, mən həmişə demokratiya uğrunda mübarizə aparmışam!.. Mən nə qədər çalışmışam

ki, indiki gözəl günlərimizi əldə edək!.. Siz hələ cavansız!.. Qədrini bilin bu gözəl günlərin!..

Totalitar rejim artıq arxada qalıb! (Əli ilə televizora işarə edir.) Eşidirsiz? O qara zurna bizim

azadlıq uğrunda mübarizəmizdən xəbər verir!..

Katibə (telefon dəstəyinə). Bir dəqiqə dayan. (Dəstəyi mizin üstünə qoyur və gəlib direktorun

kabinetinin qapısı ağzında əyilərək açar deşiyindən içəri baxır.)

G ə n c a k t r i s a. Mən bilirəm ki, siz demokratsınız!

D i r e k t o r. Əlbəttə!.. (Yenə bir anlıq qara zurnanın səsinə qulaq asır.) Of-of!...

Gənc aktrisa. Ancaq mən Dezdemonanı istəyirəm!

Direktor (gizli bir hədə ilə). Bəs, demokratiyanı istəmirsiz?

Gənc aktrisa. Olsun də!.. Demokratiya olsun, nə olur-olsun, ancaq Dezdemonanı mənə verin!

Direktor. Ay-yay-yay!.. Mən sizdən belə söz gözləməzdim!.. Yaşadığımız bu günlərin qədrini

bilin!.. Keçmiş o mənfur totalitar rejim yadıma düşəndə, indi hirsimdən gözlərim dolur!

Baş rejissor (yumruğunu mizin üstünə vurub ayağa qalxır). Eh, Şekspir!.. Şekspir!..

Sən Neronun ruhunu mənim sinəmə

Gətirmə, yox, gətirmə!

(Qapını açıb qəbul otağına baxır və arxası ona əyilmiş Katibəni görür.) Ehe-ehe...

K a t i b ə (tələsik belini düzəldir). Düyməm düşüb...

B a ş r e j i s s o r. Siz bu düymələrinizi bərkidin də!.. Adamın düyməsi nə qədər düşər? Mən

«Hamlet»lə məşğulam, heç kim girməsin!

K a t i b ə. O portfellə gəzən də?

B a ş r e j i s s o r. Heç kim!

K a t i b ə. Yaxşı.

Baş rejissor qapını örtüb mizə tərəf gəlir, mizin dolabını açıb araq şüşəsi, qədəh çıxarır, araqdan süzür. Katibə

yenə də əyilib Direktorun qapısındakı açar deşiyindən baxır.

Gənc aktrisa. Dezdemona!.. Dezdemona!.. (hıçqıra-hıçqıra ağlayır.) Dezdemona!..

D i r e k t o r. Qulaq asın!.. Mən sizə kömək eləmək istəyirəm. Bilirsiz ki, mən demokratam!

Amma...

Gənc aktrisa daha da bərkdən ağlayır.

Amma... Silvana!.. Silva!.. O-o-o!.. Bilirsiz ki, dəhşətdi!.. Respublikanın prezidenti də gəlsə,

Dezdemonanı onun əlindən ala bilməz!

Gənc aktrisa. Mən onu... Mən onu öldürəcəyəm!

Direktor (kənara). Hardaydı bizdə o bəxt?! (Bərkdən.) Siz nə danışırsınız? Özünüzü ələ alın!

Mən özüm onunla mübarizə aparacağam! Silva mənfur totalitar rejimin qalığıdır! Üzdəniraq Sovet

Ittifaqının yadigarıdır! Siz bir az səbr eləyin! Görəcəksiniz mən nə eləyəcəyəm!

Baş rejissor. Eh, Şekspir!.. Şekspir!.. (Qədəhi başına çəkir.)

S i l v a n a (qəbul otağına girərək arxası ona tərəf əyilib açar deşiyindən baxan Katibəni

görür). O-o-o!.. Nə gözəl mənzərə!..

K a t i b ə (səksənərək belini qaldırır). Mən... Elə-belə...

S i l v a n a. Nədi? (Qapıya işarə edərək.) Bir şey-zad eləyirlər orda?

K a t i b ə. Mənim düyməm düşmüşdü...

S i l v a n a. Mən də içəri girəndə düymən düşür?

K a t i b ə. Yox a-a-a!..

194

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!