16.11.2014 Views

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Mən başa düşürəm... Bütün bunlar sizin üçün qeyri-adi səslənir. Fikirləşirsiniz ki, bu

fantastikadır... Ancaq təəssüf ki, bu, fantastika deyil, əzizim, mənim hörmətli Baş redaktorum!..

Bunlar həqiqətdir! Mən bu həqiqəti axıra qədər açacağam! Dünya ictimaiyyəti hər şeydən xəbərdar

olacaq! Armud yetişib artıq, yetişib! Düzdü, bütün informasiyanı birdən vermək olmaz, onda sadə

insanların başına hava gələr! Başları xarab olar! Tədricən! Ancaq heç nəyi gizlətmədən!

B a ş r e d a k t o r. Bəs mənə niyə dediniz bunların hamısını? Bəlkə mən də birdən-birə bu

qədər informasiyanı gedib camaata deyəcəyəm?

S i y a s i i c m a l ç ı. Əvvəla, sizə də bu böyük həqiqətin hamısını yox, olsa, olsa, onun

yüzdə birini danışdım!

B a ş r e d a k t o r. Yüzdə birini?

S i y a s i i c m a l ç ı. Əlbəttə! Bəlkə heç yüzdə biri də olmaz! Mühüm informasiyaların hələ

hamısı qalıb! Sizə nə dedim ki?.. Ən sadələrini... Ikincisi də, siz heç kimə heç nə deməzsiz!

B a ş r e d a k t o r. Niyə?

S i y a s i i c m a l ç ı. Çünki mən sizi də tanıyıram!

B a ş r e d a k t o r. Tanıyırsız?

S i y a s i i c m a l ç ı. Bəli! (Ayağa qalxır.) Bilirəm ki, siz də kimsiz! (Kabinetdən çıxa-çıxa)

Bəli!

B a ş r e d a k t o r (ürəyini tutur). Of-f-f!.. (Zəngin düyməsini basır.)

Katibə kabinetə girir.

Mənə... mənə bir stəkan su gətirin...

K a t i b ə. Baş üstə! (Qollarını qaldırıb quş qanadı kimi yelləməyə başlayır.)

Baş redaktor taqətsiz halda oturduğu kresloya sərilir.

İ ş ı q s ö n ü r.

ALTINCI ŞƏKİL

P r o f e s s o r, Ş ə f q ə t b a c ı s ı.

Səhnə qaranlıqdır. Professorun və Şəfqət bacısının həyəcanlı səsləri eşidilir və hərdən onların səsinə maşın

siqnalı, tormoz səsi, camaatın hənirtisi qarışır.

P r o f e s s o r u n s ə s i. Tapılmır! Yoxdu! Mənim bütün həyatım məhv olur!

Ş ə f q ə t b a c ı s ı n ı n s ə s i. Aman Allah! Siz nə danışırsınız?! Xahiş edirəm sizdən!

Xahiş edirəm belə sözlər deməyəsiniz! Sizdən belə sözlər eşidəndə az qalıram mən özüm dəli

olum!..

P r o f e s s o r u n s ə s i. Axı, mən daha dözə bilmirəm! O yoxdur! O qeyb olub!

Professor və ardınca da Şəfqət bacısı tələsik səhnəyə daxil olurlar. Işıq yalnız onların üzərinə düşür.

Ş ə f q ə t b a c ı s ı. Ümidsizliyə qapılmaq olmaz! Biz onu tapmalıyıq!

P r o f e s s o r. Bəli, tapmalıyıq! Öz kamerasına... e-e-e... öz palatasına qaytarmalıyıq! Mən

onun üzərindəki təcrübələrimi davam etdirməliyəm! Müalicəmi sona çatdırmalıyam! Onu heç

olmasa tam sağalda bilməsəm də, təhlükəsizliyini təmin etməliyəm! Etməliydim!.. Bəli, belədir,

etməliydim!.. Yox, o tapılmır! Tapılmır! Off, ürəyim!..

Ş ə f q ə t b a c ı s ı. Vay!.. Sakit olun! Yalvarıram, diz çökürəm qarşınızda, əsəbiləşməyin!

(Iki ayağıyla da Professorun qarşısında diz çökür.)

236

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!