16.11.2014 Views

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

EPİLOQ

Poçt şöbəsi. Yenə hərə öz işi ilə məşğuldur. Və hər şey əvvəlki kimidir. Təkcə Ədilənin yerində Züleyxa

oturub, hərdənbir ona müraciət edənlərə cavab verir: məktublara baxır, hiss olunur ki, bütün hərəkətləri yavaşyavaş

mexaniki hal almağa başlayır, o, nə barədəsə fikirləşir, get-gedə tamamilə fikrə qapılır. Qara frak geymiş

Skripkaçı əlində skripka içəri daxil olub birbaş Züleyxaya yaxınlaşır. Onu yenə də heç kim görmür. O, skripkanı

qaldırıb Züleyxanın başı üzərində çalmağa başayır. Ağ köynəkli, ağ kostyumlu, qara qalstuklu Kişi yenə də elə

bil ki, boşluqdan gəlirmiş kimi, poçt şöbəsinin bayır qapısından içəri girib Züleyxaya yaxınlaşaraq üzbəüz

dayanır.

K i ş i. Salam.

Züleyxa(bir uşaq məftunluğu ilə). Salam.

Y o l d a ş T ə k (saatına baxıb yerindən qalxır). Baba!

Baba(yerindən sıçrayıb). Bəli, yoldaş Tək!

Y o l d a ş T ə k. Tənəffüz vaxtıdır.

B a b a. Bu dəqiqə, Yoldaş Tək! (Baba gəlib qapının ağzında dayanaraq içəri heç kəsi

buraxmır.) Fasilədir, yoldaşlar, olmaz... Fasilədir...

K i ş i. Mənə məktub var?

Z ü l e y x a. Sizə? Bu saat baxım... (Böyük bir cəhdlə məktubları bir-bir araşdırır, sonra

məyus-məyus). Yox, Sizə məktub yoxdur...

Pauza.

Skripkaçı isə çalır. Qoca Professor qapıda görünür.

B a b a. Olmaz, fasilədir.

Q o c a P r o f e s s o r. Olmaz? Necə yəni olmaz?.. Pardon! Pardon! Mən professor

Əliquluzadəyəm. Bir azdan mənim rolum başlayır. Necə yəni olmaz? Pardon! Pardon!

Y o l d a ş T ə k (Qoca Professoru görüb qapıya tərəf gəlir). Baba!

B a b a. Bəli, Yoldaş Tək!

Y o l d a ş T ə k. Burax içəri hörmətli yoldaş Əliquluzadəni.

B a b a. Baş üstə, Yoldaş Tək!

Y o l d a ş T ə k. Bir azdan onun roludur. Yenə də hörmətli Əliquluzadəni Qəmbərquluzadə

ilə dəyişik salacaqlar, onun məktubunu verəcəklər. Hörmətli yoldaş Əliquluzadə yenə də mənə

şikayət edəcək. Burax içəri.

Baba(Qoca Professora). Buyurun içəri, hörmətli yoldaş Əliquluzadə.

Qoca Professor içəri girib kürsülərdən birində əyləşir və öz rolunu gözləyir.

K i ş i. Yaxşı baxın, xahiş edirəm.

Züleyxa yenə canfəşanlıqla məktubları bir-bir araşdırır.

Yoldaş Tək səhnənin ortasına gəlir.

Yoldaş Tək (tamaşaçılara). Vicdanıma and olsun, hərgah mən bütün bu hadisələrdən bir şey

anladımsa, ataba-atama lənət. Pəstahadır başdan-ayağa... Siz də durun gedin, dincəlin, özünüzü çox

yormayın, Yoldaş Təki də yaddan çıxarmayın. Ümid edirəm ki, yaddan çıxarmazsınız... Rabitə

məsələləri ilə əlaqədar işiniz olsa – qəzet abunəsindən tutmuş, Novosibirsk ilə telefon söhbətinə

qədər – xahiş edirəm mənim rəhbərlik etdiyim poçt şöbəsinə gəlin. Bizim şöbə ən qabaqcıl

şöbələrdəndir. Sizə ən yaxşı xidməti biz göstərəcəyik... (Əli ilə Züleyxagilə tərəf işarə edir.) Həm də

ki, görürsünüz də... (Daha tamaşaçılara deməyə söz tapmır.) Belə-belə işlər... Baba!

122

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!