16.11.2014 Views

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Səs-küy qopur.

– Ədilə özünü damdan atdı!..

– Ədilə özünü öldürdü!..

– Vaxsey!..

– Vay!..

F a t m a x a l a (qışqıra-qışqıra səhnəyə daxil olur). Məni öldürəydin, cavan canına

qıymayaydın!.. Məni öldürəydin! Məni!.. Məni!..

Arvadlar ağlayır. Sona Ələkbəri qucaqlayır.

S o n a. Qorxma... Qorxma, Ələkbər... Qorxma...

S ə s l ə r:

– Həkim!..

– Nəfəs alır!..

– Maşın!..

– Maşın!..

Işıq Müəllifin üzərinə düşür.

M ü ə l l i f. Anam mənim başımı döşünə sıxmışdı. Sonra özü ağlaya-ağlaya mənim üzümü

yudu, mənə su içirtdi. Ədilə hələ sağ idi, amma tamam əzilmişdi və onu maşına qoyub xəstəxanaya

apardılar. Dörd gündən sonra Ədilə öldü. Ədilə mənim üçün birinci doğma adam idi ki, ölürdü...

Kiçik pauza.

O dörd misra indiyə qədər mənim yaddaşımdadı:

Məktub, səni ad eylərəm,

Poçta əmanət eylərəm...

Gedib Qocaya çatmasan,

Bil ki, qiyamət eylərəm...

Səhnə işıqlanır. Həyətdən Ədilənin cənazəsini qaldırırlar. Arvadlar ağlaşır. Molla Əsədulla Quran oxuyur.

Balakərim bir kənarda dayanıb onlara baxır.

F a t m a x a l a (Xanım arvada). Çağıracaq sənün oğlunu öz yanına, çağıracaq! Sənün oğluvu

da aparacaq qara torpağa! Aparacaq öz yanına!..

Işıq yalnız Balakərimlə Ələkbərin üzərinə düşür.

B a l a k ə r i m (həyəcan içində). Bir həqiqəti deyən var idi...

Pauza.

Həqiqəti deyən... Həqiqəti deyən heç vaxt əyninə paltar geyməzdi... Saçını-saqqalını

qırxdırmazdı... Dırnaqlarını tutmazdı... Həqiqəti deyənin fikrinə görə, insan gərək olduğu kimi

görünəydi... Həqiqəti deyən də insan idi, Ələkbər?

Ə l ə k b ə r (həyəcanlı). Bilmirəm...

B a l a k ə r i m. Həqiqəti deyən Ağ Dəvənin belində oturmuşdu... Ancaq, Ələkbər, həqiqəti

deyəni heç kim görməmişdi, amma hamı onu tanıyırdı!

370

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!