16.11.2014 Views

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Xəlil(söz ağzından güclə çıxır). Niyə?

Ə d i l ə. Mən daha xəyanət etmək istəmirəm, Xəlil.

Pauza.

X ə l i l. Əgər, əgər sən mənə... xəyanət etmisənsə, mən.. mən bunun üstündən keçərəm...

Ə d i l ə. Burax bu boş sözləri, sən Allah, yekə kişisən.

Kiçik pauza.

Mən özümə xəyanət etmək istəmirəm, başa düşürsənmi, özümə. Daha bu cür yaşamaq

mümkün deyil, Xəlil, mən səni istəməsəydim, qətiyyən sevmədiyim bir halda, nə üçün biz səhərdənaxşama

kimi bir yerdə olmalıyıq, bir-birimizi aldatmalıyıq, yalandan bir-birimizin üzünə

gülməliyik?

X ə l i l (güclə). Biz yox, mamoçka, sən... sən...

Ə d i l ə. Mən daha bunu istəmirəm, Xəlil, mən daha istəmirəm. Biz ayrılmalıyıq. Heç olmasa,

bir balaca mənəvi hüququmuz olsun deyə, ayrılmalıyıq. Sən də bunu ürəyinə salma, Xəlil.

X ə l i l. Necə salmayım?.. Necə salmayım... (Isterik) Bəs sən... Bəs sən niyə mənə ərə

gəlirdin, indi də məni bədbəxt edirsən? Niyə?

Ə d i l ə. Sən mənim kimisini həmişə ala bilərsən, Xəlil. Ər həsrətində olan otuz yaşlı Ədilələr

çoxdur.

X ə l i l. Ala bilmərəm, çünki üç ildən sonra məni atıb gedəcək.

Ə d i l ə. Məsələ səndə deyil, Xəlil. Məsələ ancaq səndə deyil.

X ə l i l. Mən sənə nə pislik etmişəm, mamoçka?.. Həmişə qayğına qalmışam, həmişə sənin

barəndə fikirləşmişəm, həmişə sənin dediyin kimi oturub-durmuşam... Bir dəfə aramızda söz

olmayıb, mamoçka, indi niyə belə edirsən?.. Axı... axı, mən yazıq neyləyim? (Gəlib onun əlindən

tutur.) Necə şərait deyirsən, sənin üçün yaradaram, Ədiləcan, necə şərait deyirsən. Hər şey alaram

səninçün, nə deyirsən eləyərəm. Bax... bax... (Əlini pencəyinin döş cibinə salıb bir kitabça çıxarır.)

Bax, Ədiləcan, sənin heç bundan xəbərin yoxdur, sənə deməmişəm bunu indiyə qədər, gizlətmişəm

hamıdan... Bax, əmanət kassasında düz üç yüz min pulum var, Ədiləcan, düz üç yüz min manat...

bütün ömrüm boyu xırda-xırda yığmışam, hamısını sənə xərcləyərəm, hamısını. Al, istəyirsən al,

indidən verim sənə, al qoy öz çamadanına.

Xəlil kitabçanı Ədiləyə vermək istəyir. Ədilə onun qolunu itələyir, kitabça yerə düşür.

Ə d i l ə. Burax əlimi, Xəlil, burax. Daha danışma. Sən danışdıqca alçalırsan. (Əlini Xəlilin

əlindən çəkmək istəyir.)

X ə l i l. Yox. Qoymaram səni gedəsən. Qoymaram. Bəs mən? Bəs mən başıbatmış neyləyim?

Bəlkə... bəlkə başqa bir adam var?

Ə d i l ə. Bəsdir dedim. (Əlini dartıb Xəlilin əlindən çıxarır.)

X ə l i l. Mən hər şeyə razıyam, Ədiləcan, vallah, hər şeyə razıyam... Istəyirsən... istəyirsən

həftədə iki gün evə gəlmə... (Ədilənin əlindən tutmaq istəyir yenə.)

Ə d i l ə (ikrahdan boğularaq). Burax məni. Burax...

Xəlil Ədiləni buraxmaq istəmir. Ədilə onu itələyir. Xəlil daldala

gedərək divanda oturur. Ədilə çamadanını götürüb iri addımlarla səhnədən

çıxır. Xəlil başını divanın arxasına dayayaraq gözlərini yumur.

120

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!