16.11.2014 Views

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Pauza.

P a r t i y a l i d e r i. Mən axmaq da, düşməni gedib o biri siyasi partiyalarda axtarıram...

(Kişiyə baxır və iki əli ilə də onu göstərir.) Bude-e-e!.. On il mənimlə bir məktəbdə oxuyan, on il

mənimlə bir partada oturan bu adam, pojalusta!.. Bu da bu adamın mənim haqqımda dedikləri!.. Bir

nəfər müxbir gəlib oturub bunun dediklərini yazsa, kimdi seçkilərdə məni müdafiə edən?! Hə?!

(Kövrəlmiş halda) Mən isə... mən isə... müstəqil respublikamızın gələcəyi naminə sənə... bu qədər

ümidlər bəsləyirdim!..

K i ş i Olmadı də!.. Mən axı, sənin dabbaqda gönünə bələdəm, mənimlə bu dildə danışma də!

Sən ad günü eləyib partiya yaratmadın? Qonaqlığa gələn qohumların indi də elə bilirlər ki, o vaxt

zarafat eləyib onlara protokol imzalatdın ki, guya sənin ad günün yox, təşkilat komitəsinin təsis

iclasıdı...

P a r t i y a l i d e r i. Sən... sən... sən demokratiyanın əleyhinəsən! Bizim müstəqil

respublikamız...

K i ş i. (onun sözünü kəsir). Onda mən getdim! (Uzaqlaşmaq istəyir.)

P a r t i y a l i d e r i (tələsik). Yaxşı... Dayan...

K i ş i.. Yox, daha bəsdi!..

P a r t i y a l i d e r i. Bir dəqiqə də!..

K i ş i. Onda boynuva al!

P a r t i y a l i d e r i. Nəyi boynuma alım?

K i ş i. Boynuva al ki, mən düz deyirəm!

Dost səhnəyə daxil olur.

D o s t. O-o-!.. Pəki!.. (Kişiyə) Nə gözəl oldu səni burada buldum! Gün aydın!

K i ş i. Salam. (Partiya liderinə) Bu mənimlə bir məhəllədə böyüyüb. (Dosta) Bu da mənimlə

bir məktəbdə oxuyub.

D o s t. Pək əla! Pək əla!

K i ş i. Sən qalx bizə, indi gəlirik.

D o s t. Əvət!.. Əvət!..

Dost gedir.

K i ş i. Hə, düz deyirəm, yoxsa yox?

P a r t i y a l i d e r i. Yaxşı, düz deyirsən... Neynəyim mən? Haçanacan baytar olacam? Mən

də bir vəzifə istəyirəm! Mən də adam balasıyam, yoxsa yox? Keçəl, qotur, hamısı vəzifə daşıyır! Bə

mənim nəyim əskikdi?

K i ş i. Eh, öz xeyrini bilməyən nankor insan!.. Inəyin, öküzün, atın qədrini bilmədin! (Elə bil

ki, öz-özünə) Eşşəyin qədrini bilməyən eşşək!..

P a r t i y a l i d e r i. Nə?

K i ş i. Nə nə? Heyvandı, dayanıb baxır üzünə! Ağzını açıb bir söz demir ki, qanın qaralsın!

Sataşmır sənə! Paxıllıq eləmir! Dalınca danışmır! Ey qədri-bişünas! Öz gözəl günlərinin qədrini

bilmədin!.. Indi nə istəyirsən?

P a r t i y a l i d e r i. Mətbuata bir informasiya sızdır...

K i ş i. Nə informasiya?

P a r t i y a l i d e r i. Ona, yəni ki, mənə, Aqrar Siyasət naziri vəzifəsini təklif ediblər, amma

mən razılıq verməmişəm...

Pauza.

263

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!