16.11.2014 Views

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Z i y a d x a n (var-gəl edə-edə). Misal var, Mirzə, həmişə on iki imam üçün ağlayanda, bir

dəfə də Yəzid üçün ağlamaq lazımdı. Həm də mən Yəzid Ibn Müaviyə deyiləm, sən bunu yaxşı

bilirsən, mömin adamam. Mən vuruş zamanı düşmən qılıncı altında da, namazımın vaxtını

ötürməmişəm.

M i r z ə S a l m a n. Müqəddəs kitabımız deyir: «Möminlik onda deyildir ki, siz üzünüzü

şərqə tərəf çevirəsiniz, ya da qərbə tərəf; mömin olanlar onlardır ki, Allaha, axirət gününə,

mələklərə, müqəddəs kitaba, peyğəmbərlərə inanırlar; onu sevdiklərinə görə, öz əmlaklarından yaxın

adamlarına, yetimlərə, yoxsullara, yolçulara, dilənçilərə, həmçinin qulları azad etmək üçün verirlər,

namaz qılırlar, zəkat verirlər, əhd edib öz öhdələrinə götürdüklərini dürüst yerinə yetirirlər, fəlakətə

uğrayanda (Sözləri xüsusi dəqiqliklə tələffüz edir.), dərdə düşəndə və bir müsibət baş verəndə səbrli

olurlar. Bu cür adamlar düz adamlardır; bu cür adamlar mömindirlər.»

Bayandur bəy (acıqlı). Nə deyirsən, qoca? Dinsizin biri, öz qızını xan oğlundan əsirgəsin, qızı

götürüb qaçırtsın, el içində bizi xar etsin, biz də əlimizi qoynumuza qoyub tamaşa edək?

Kiçik pauza.

M i r z ə S a l m a n. Mən xanla danışıram, rəiyyətlə danışmıram!

Z i y a d x a n. Yaxşı, Mirzə, bəs Mahmud? Bəs Mahmud? Mahmudun ürəyi şüşədi, Mirzə...

Kim bilməsə də, sən ki, bunu yaxşı bilməlisən! Mahmud o divanə keşişin dalınca getmək istəyir!..

Qoşun götürmür özü ilə! Atlı götürmür!.. Mahmud dərviş olub çöllərəmi düşsün, Mirzə?

Qəmərbanu.Allah!.. Allah!..

M i r z ə S a l m a n. Xan sağ olsun, Mahmud «Yüksək aləmin» oğludu və ora Allahın və

mələklərin məskun olduğu yerdir. Ona görə də, bizim kimi «Aşağı aləm» bəndələri çox zaman

Mahmudu və mahmudları başa düşə bilmirik...

Kiçik pauza.

Z i y a d x a n. Hə, Mahmud, bizim tayımız deyil...

Q ə m ə r b a n u. Mən hiss edirəm, mən bilirəm ki, Mahmudu fikrindən döndərmək

olmayacaq... (Çılğın.) Mən Mahmudu məhv edə bilmərəm!.. O dinsiz keşişdən nə desən gözləmək

olar! O qızın başına bir iş gəlsə, Mahmud məhv olacaq! Mən buna imkan verə bilmərəm, Ziyad xan!

Şər deməsən xeyir gəlməz, xan cənabları, bəlkə elə Mahmudun səfərə çıxmağı da, xeyrədir?.. Bəlkə

bir az bərkə-boşa düşər, görüb-götürər, bəlkə elə, belə lazımdır?.. Bəlkə... (Özünü saxlaya bilməyib

kövrəlir.) bəlkə bu səfər Mahmudu bərkidəcək?.. (Hıçqıra-hıçqıra.) Möhkəmləndirəcək?..

M i r z ə S a l m a n. Xan sağ olsun, mənim cürət edib hüzurunuzda söyləmədiklərimi, Banu

ülyahəzrət söylədi...

Q ə m ə r b a n u. Ancaq onların ardınca, ətrafınca güclü mühafizə getməlidi... Mahmud gərək

bundan xəbər tutmasın... Onunla ancaq Sofi getsin...

Pauza.

Z i y a d x a n (keşikçilərə). Sofini çağırın!

Birinci keşikçi. Baş üstə.

Ikinci keşikçi. Qara Sim hüzurunuza təşrif gətirib, xan sağ olsun.

Z i y a d x a n. Gəlsin.

Danış, görüm!

Xəfiyyə içəri daxil olur.

317

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!