16.11.2014 Views

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Y o l d a ş T ə k (özünü saxlaya bilməyərək – çox da Ədilə bu gün səhər yoldaş

Məlikməmmədovla tanış olub). Bura evdən də pisdir! Siz öz analarınızdan betərsiniz, oğlanlarımız

bizdən betər olan kimi... (Uzaqlaşır.)

Iş öz qaydası ilə davam edir. Ə d i l ə əvvəlki kimi mexaniki olaraq ona müraciət edənləri yola salır. Boş

vaxtlarında isə yenə gözlərini naməlum nöqtəyə zilləyir, elə bil kimi isə gözləyir...

ÜÇÜNCÜ ŞƏKİL

Fasilədən bir az keçib.

Qara frak geymiş bir oğlan əlində skripka, heç kimə və heç nəyə fikir vermədən səhnəyə daxil olub, cəld

addımlarla Ədiləyə yaxınlaşır. Ədilənin başı üzərində dayanıb skripkanı qaldırır və çalmağa başlayır.

Tamaşaçıdan başqa onu heç kim görmür – nə Ə d i l ə özü, nə yuxarı başda öz yerində oturub sayğacla hesab

aparan Yoldaş Tək, nə «posılka»ların üstünə surğucla möhür vuran Baba, nə də digər pəncərələrin qarşısında

oturub öz işlərini görən başqa işçilər; aydın məsələdir ki, dəqiqədəbir poçt şöbəsinə girib-çıxan adamlar da onu

görmür. Ədilənin gözləri yol çəkir, elə bil bu saat kim isə gəlib düz onün qarşısında dayanacaq və bu «kim isə»

qeyri-adiliklər təcəssümçüsü olacaq. Ağ köynəkli, qara kostyum və qara qalstuklu bir Kişi elə bil boşluqdan

gəlirmiş kimi, poçt şöbəsinin bayır qapısından içəri girib Ədiləyə yaxınlaşaraq üzbəüz dayanır. Tamaşaçıdan və

Ədilədən başqa heç kim bu gəlişə etina etmir, çünki heç kim onu görmür.

K i ş i. Salam.

Ə d i l ə (bir uşaq məftunluğu ilə). Salam...

K i ş i. Mənə məktub var?

Ə d i l ə. Sizə?.. Bu saat baxım (böyük bir cəhdlə «Dovostrebovaniya» məktubları araşdırır,

sonra məyus-məyus) Yox, sizə məktub yoxdur...

K i ş i. Yaxşı baxın, xahiş edirəm.

Kiçik pauza.

Skripkaçı yenə çalır.

Ə d i l ə yenə böyük canfəşanlıqla məktubları bir-bir araşdırır.

Ə d i l ə (son dərəcə məyus). Yox, yoxdur...

Kişi(fikirli). Deməli belə...

Ə d i l ə (kiçik tərəddüddən sonra). Siz məktub gözləyirsiniz. Bu məktub sizin üçün çox

vacibdir, elə deyilmi?

K i ş i. Elədir.

Ə d i l ə. Siz bu məktubu almalısınız. Mütləq almalısınız. (Yavaş-yavaş artan bir həyəcanla)

Siz bu məktubu məndən almalısınız. Bu məktub gələcək.

Kişi(fikirli). Gəlməlidir. Bilmirəm niyə gecikir...

Ə d i l ə. Siz darıxmayın. Siz bu məktubu almaq üçün hər gün gələcəksiniz... Hər gün gəlib

məndən istəyəcəksiniz bu məktubu, hər gün. Elə deyilmi?

K i ş i. Elədir.

Ə d i l ə. Mən bilirəm ki, bu məktub sizin üçün çox vacibdir. Amma bu məktub geciksə də sizə

heç nə olmayacaq, siz acıqlanmayacaqsınız, məyus olmayacaqsınız, mənimlə danışacaqsınız, söhbət

edəcəksiniz.

91

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!