16.11.2014 Views

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Ə s ə d u l l a (Əhməd bəyə işarə ilə Firəngiz xanıma). Görürsən necə tərbiyəli oğlandı?

F i r ə n g i z x a n ı m (Əhməd bəyə). Yəni dolmanın heç bir növündən bişirmirlər Fransada?

Kələmnən, yarpağnan, badımcannan?..

Ə h m ə d b ə y. Dolma yok!.. Opera, madam...

Ə s ə d u l l a (Eynşteynə). Alə!..

Eynşteyn başını necə aşağı sallayıb gözünü yerə dikmişdisə, eləcə də dayanıb cavab vermir.

Yenə bunun ürəyinə dəydim?.. Sən öləsən, bunun ürəyi məni kasıb salacaq! (Cibindən pul

çıxarıb, Eynşteynin cibinə basır.) Bura bax, artistləri gətir bura, pulunu verim, operanı elə orada

göstərsinlər! Hə?

Eynşteyn(belini düzəldir). Yox, Əsədulla məllim, Fransada belə şeylərə pis baxırlar.

Ə s ə d u l l a. Hə? Onda tez eləginən! Başa sal buna ki, mən kiməm, mənim qızım Züleyxa

xanım kimdi, necə ağıllıdı, necə tərbiyəlidi... Davay! Sən deginən, guya, mənim xəbərim yoxdu.

E y n ş t e y n. Əhməd bəy! Znaçit Əsədulla məllim çox krupnı bir insan! Əsədulla məllim e-ee...

Akula! Fil! Balina! (Əli ilə göstərir.) Çox krupnı! E-e-e, Mesenat! Inteligent!

Ə s ə d u l l a. Alə, sən bu fransız dilini harda öyrənmisən belə?! Malades!

Eynşteyn. Əsədulla məllim e-e-e... bütün Bakıda... krupnı! Özü də demokrat!

Ə h m ə d b ə y (Firəngiz xanıma). Madam... (Özünü göstərir.) O... opera getmək... Madam...

F i r ə n g i z x a n ı m. Bu nə deyir?

Ə s ə d u l l a. Ay qız, mən Fransada-zadda olmuşam bəyəm, nə bilim nə deyir? (Eynşteynə)

Papaq da alaciyəm sənə bir dənə! Andatra! Başla!

Eynşteyn(ruh yuksəkliyi ilə). Əsədulla məllimin bir sözü... e-e-e... iki yox Bakıda!..

Əhməd bəy(saatına baxa-baxa). Opera...

Ə s ə d u l l a (tələsik). Alə, qaçar birdən. Mənnən keç day! Keç qıza!..

E y n ş t e y n. Züleyxa xanım Əsədulla məllimin qızı... E-e-e... E-e-e...

Ə s ə d u l l a. Noldu, alə?

E y n ş t e y n. Züleyxa xanım... E-e-e... Əsədulla məllimin qızı...

Ə s ə d u l l a (səbrsiz). Bunu dedin də!

E y n ş t e y n. Züleyxa xanım... E-e-e... (Birdən ağlamsınır.)

Ə s ə d u l l a. Adə, noldu sənə?

Eynşteyn əli ilə üzünü tutub çiyinlərini atır.

F i r ə n g i z x a n ı m. A-a-a...

Əhməd bəy(özünü göstərir). O opera getmək (Eynşteyni göstərir.) Bu uzanmaq...

Ə s ə d u l l a (Əhməd bəyə). Bir dəqiqə. (Eynşteynə) Sənnən döyüləm mən?! Noldu?!

E y n ş t e y n. Mən.. Mən... Yox, deyə bilmərəm, mənə nə olub. Qorxuram...

Ə s ə d u l l a. Kimdən qorxursan?

E y n ş t e y n. Sizdən.

Əhməd bəy saatına baxır.

Ə s ə d u l l a (tələsik). Niyə?

Eynşteyn. Yox, deyə bilmərəm. Bu mənim qəlbimin əbədi sirridir!..

Ə s ə d u l l a (gəlib Eynşteynin qolundan tutub kənara çəkir). Niyə qorxursan? Mən də sənün

atan! Adam atasınnan qorxar?

E y n ş t e y n (qorxa-qorxa). Yox.

142

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!